27 Iyul 2026, Bazar ertəsi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Urfan Abbasov "Kəpəz"ə keçdi
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
"Qarabağ" ÇSKA ilə heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ"ın İdarə Heyətinin iclası keçirilib

"Qarabağ"ın İdarə Heyətinin iclası keçirilib.

Futbolxeber.az saytının Ağdam klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə olunub.

Görüş zamanı UEFA Çempionlar Liqasının cari mövsümündə istifadə olunan və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.

Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın beynəlxalq arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və "Qarabağ"ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31