27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Ölkə futbolu

"Şəfa"dan növbəti transfer

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” yay transfer pəncərəsində ikinci transferini reallaşdırıb.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qapıçı Nicat Mehbalıyev heyətə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb.

Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Premyer Liqanın və Azərbaycan kubokunun qalibi olub.

25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.

Xatırladaq ki, "Şəfa" ötən gün müdafiəçi Rauf Hüseynlinin də transferini açıqlamışdı.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31