27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Ölkə futbolu

“Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq

Bir neçə gün əvvəl “Sumqayıt”ın yollarını ayırdığı Saşa İliçin yeni klubu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, serb mütəxəssis karyerasını vətənində davam etdirəcək. O, yetirməsi olduğu “Partizan”la anlaşıb.

Qeyd edək ki, ötən mövsüm “Sumqayıt”ı çalışdıran İliç mayın 26-da rəsmən vəzifəsindən ayrılıb. Onun rəhbərliyi altında “kimyaçılar” mövsümü 7-ci pillədə başa vurub.

“Partizan”ın yetirməsi olan 48 yaşlı mütəxəssis futbolçu karyerasına məhz Belqrad klubunda başlayıb. "Partizan” İliçin məşqçi karyerasında ikinci Serbiya klubu olacaq. O, daha əvvəl “Çukariçki”ni də çalışdırıb. “Sumqayıt”a qədər İliç, həmçinin, ÇSKA (Sofiya, Bolqarıstan), “Atromitos” (Yunanıstan) və “Pari NN” (Rusiya) klublarında işləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31