5 Noyabr 2026, Cümə axşamı
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”

Ölkə futbolu

AFFA-dan “Sumqayıt”a 12500 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının 29-cu turunun “İmişli” - “Sumqayıt” oyununda meydan sahiblərindən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Həmin oyun “Sumqayıt”ın formasında qüsurlar olması səbəbindən gec başladığına görə "gənclik şəhəri" təmsilçisi 1500 manat cərimə edilib.

Bu matçda “Sumqayıt” azarkeşləri tərəfindən futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə klub 8000 manat cərimələnib.

Eyni görüş bitdikdən sonra “Sumqayıt” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” 3000 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30