10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Türkiyənin Gəncədəki Baş konsulu “Kəpəz”in qonağı olub

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop “Kəpəz” PFK-nın qonağı olub.

Futbolxeber.az saytının məlumatına görə, akademiyada keçirilən görüşdə klubun icraçı direktoru Ruslan Məmmədov, komandanın baş məşqçisi Azər Bağırov, kapitan Əli Səmədov, klubun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Nofəl Əzizov, həmçinin “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.

Qonağa klubun bazası, akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı Ruslan Məmmədov baş konsul Recep Öztopa “Kəpəz”in formasını hədiyyə edib.

Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Baş konsul komandanın məşqini də izləyib, futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb və Gəncə stadionunda “Kəpəz”in oyunlarını canlı izləyəcəyini bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31