10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Rövşən Nəcəf: "Klublar təmsil etdikləri bölgələrdə oynamalıdır"

"Klublara həm stadionların standartları baxımından, həm də öz stadionlarında oynamaları üçün tələblər sərtləşdiriləcək. Bu fikirlər İcraiyyə Komitəsində müzakirə olunur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Jurnalistin "Sizə elə gəlmir ki, yeni mövsümdən Premyer Liqada klubların qarşısına şərt qoyulmalıdır ki, hər klub öz doğma stadionunda oynasın, stadionu olmayan klub Premyer Liqada çıxış etməsin" fikrinə R.Nəcəf belə cavab verib:

"Tamamilə doğru deyirsiniz. Bu fikirlər İcraiyyə Komitəsində müzakirə olunur. Klublar vəsaitləri düzgün sərf etməklə infrastruktur çatışmazlıqlarını həll etsinlər, təmsil etdikləri bölgələrdə çıxış etsinlər. Bu istiqamətdə müzakirələr aparılır. İK-nin iclaslarının birində bununla bağlı qərar verməyi düşünürük. Bununla futbolun inkişafını təmin etmək istəyirik. Çox incə balans var. Bunu təmin etməyə çalışırıq. Hazırda İK-nin iclasında müzakirə edilən mövzulardandır. Klub sayının artmasına gəlincə, prinsipcə müzakirə mövzusu ola bilər. Hansı klublar gələ bilər, onların infrastruktur imkanlarını dəyərləndirməliyik. Stadion məsələsini həll edək, sonra klub sayına baxaq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31