10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

AFFA prezidenti PFL-in gələcəyi ilə bağlı: “...hər şey mümkündür”

Son zamanlarda gəzən şayiələrə görə yayda Peşəkar Futbol Liqası (PFL) ya ləğv olunacaq, ya da əvvəlki kimi Yarışların Keçirilməsi və Təşkili Departamenti adı altında bir kabinetdən ibarət quruma çevriləcək.

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf Hesabat Konfransından sonra mətbuat konfransı keçirib.

Tədbirdə Futbolxeber.az saytının əməkdaşı R.Nəcəfə PFL-in gələcəyi ilə bağlı sual ünvanlayıb. AFFA prezidenti qeyd edib ki, hazırda bu məsələ gündəmdə olmasa da, gələcəkdə hər şey mümkündür:

“PFL AFFA ilə müqavilə əsasında, assosiasiyanın verdiyi səlahiyyət çərçivsində yarış keçirir. PFL və AFFA arasında münasibət müqavilə əsasındadır. Hazırda PFL-in fəaliyyəti davam etdirilir, bu məsələ danışılmır. Lakin gələcəkdə hansısa dəyişiklik edilməsi, əlavə funksiyaların verilməsi, yaxud azaldılması mümkün məsələlərdir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31