19 May 2026, Çərşənbə axşamı
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?

Ölkə futbolu

Rövşən Nəcəf: “Siz AFFA İntizam Komitəsi klubları soyur deyirsiniz, amma...”

AFFA prezidenti Rövşən Nəcəfin iştirakı ilə qurumun bu gün keçirilən Hesabat Konfransından sonra mətbuat konfransı təşkil edilib.

R.Nəcəf Futbolxeber.az saytının əməkdaşının Premyer Liqa və I Liqa klublarının AFFA İntizam Komitəsinin verdiyi cəzalardan narazı olmasına da münasibət bildirib: “Təkcə elə "Neftçi" mövsümün geridə qalan hissəsində azarkeşlərin davranışına görə 105 min manat cərimə ödəyib. AFFA İntizam Komitəsi sanki klubları soyur. Bu məsələyə mövsümün sonunda yenidən baxılması mümkündür?”

Rövşən Nəcəf qeyd edib ki, İntizam Komitəsi öz fəaliyyətində müstəqildir: “Mən və ya digərlərinin onlara təsir etməyi mümkün deyil. Narazı olan klublar prosedurlardan istifadə edə bilərlər. Klubları soyur deyirsiniz, amma bayaq deyirdik ki, əsas vəsait AFFA-dan gəlir. Cərimədən gələn pullar yenidən klublara gedir. Klubları soyur demək, düzgün deyil”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31