Ölkə futbolu
“Əsas rəqiblərimiz “Simurq”, “Qəbələ”, Neftçi” və “Xəzər-Lənkəran”dı"
“İnter”in əvəzedici komandasının baş məşqçisi Rüstəm Əliyev klubun rəsmi saytına müsahibə verib.
- 20 gün ərzində “İnter” mövsümün ikinci hissəsinə fəal şəkildə hazırlaşdı, yoldaşlıq matçları keçirdi. Hazırlığın gedişindən razı qaldınız?
- Toplanış planlaşdırdığımız şəkildə keçdi. Hazırlıq doğru istiqamətdə getdi. Bundan başqa, biz komandaya “İnter” U-17 və U-19 komandalarından bir neçə futbolçu cəlb etdik. Onları yoxlamaq üçün də yoldaşlıq oyunlarının keçirilməsi lazım idi. Hazırda biz onlarla bağlı qərar qəbul edirik. Güman ki, onlardan bəziləri komandada qalacaq. Əlavə edim ki, toplanışda lazımi şəraitlə təmin olunmuşduq və buna görə klub rəhbərliyinə, xüsusilə də prezident Georgi Nikolova və komandanın direktoru Natiq Məmmədova minnətdarlığımı bildirirəm.
“Şuşa” klubuyla son yoxlama qarşılaşması göstərdi ki, komanda yaxşı fiziki vəziyyətdədir. Bu qarşılaşmada uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Bəli, oyun zamanı oyunçular müəyyən səhvlərə yol verdilər, ancaq ümumilikdə gördüklərimdən razı qaldım.
- Bu isə o deməkdir ki, qış hazırlığı komandaya mövsümün ikinci hissəsində özünü göstərməyə imkan verəcək?
- Bəli. Bizim ixtiyarımızda demək olar bir ay vaxt vardı, lakin komandamızda yeni futbolçular olduğuna görə onları yoxlamaq üçün çox yoldaşlıq matçları keçirdik. Fiziki planda yaxşı hazırlaşdıq, taktiki-teniki tapşırıqlara da diqqət ayırdıq. Gənc futbolçular çempionatın oyunlarına hazır olduqlarını nümayiş etdirdilər.
- Сari mövsümdə Premyer Liqa klubları üçün U-19 çempionatında iştitak məcburi xarakter aldı. Bu vəziyyət komandanıza necə təsir göstərir?
- Mən deyərdim ki, belə bir çempionatın keçirilməsi bizim xeyrimizədir. Biz futbolçularımızı oyun praktikası qazanmaları məqsədilə U-19 komandasına göndəririk. Məhz U-19 komandasının oyunları sayəsində İlkin Sadıxov, Sərtan Taşkın, Amil Atakişiyev və digər uşaqlar yaxşı formadadırlar. Etiraf edirəm ki, bu liqanın yaradılması bizim üçün faydalı oldu. Futbolçular daha çox oyun praktikası qazanırlar və daha çox inkişaf edirlər.
- “İnter” çempionatın ikinci hissəsinə 11 xal üstünlüyü ilə başlayır. Bu vəziyyət komandanı rahatlaşdıra bilərmi? Axı lider çox zaman motivasiyada müəyyən problemlərlə üzləşir?
- Biz belə problemlə qarşılaşmayacağıq. İkinci dövrənin “Qarabağ”la keçirilən son oyununda bizim belə problemlərimiz baş vermişdi. Bu oyundan sonra bununla bağlı uşaqlarla söhbətim oldu, həmin görüşdə qeyd edildi ki, çempionat yenicə final mərhələsinə qədəm qoyur və rahatlaşmaq olmaz. Hər oyuna ciddi yanaşmaq lazımdır. Hər bir oyuna final oyunu kimi çıxmaq lazımdır. Çempion olmaq istəyiriksə, o zaman bu məsələyə tam məsuliyyət hissilə yanaşmalıyıq. Bundan başqa, uşaqları hər oyuna psixoloji cəhətdən də hazırlayacağıq.
- Əvəzedici heyətlər arasında keçirilən çempionat rəqabətliyilə fərqlənir. Əsas rəqibləriniz hansı klublardır?
- Bütün komandalar yaxşıdır. Çempionatda çox güclü rəqabət var. Əsas rəqiblərimiz “Simurq”, “Qəbələ”, Neftçi” və “Xəzər-Lənkəran” klublarıdır. Sadalanan klublar özünəməxsus oyun tərzilə seçilir. Onlarla oyun asan olmur. Qalan klublara da diqqətlə yanaşmaq lazımdır, yalnız bu halda uğura ümid edə bilərik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























