Ölkə futbolu
“Qarabağ”a qarşı namərdlik
Dünən Ukrayna futbolunda yaranan qalmaqalla bağlı xəbər diqqətimi çəkdi. “Poleyse”nin prezidenti Gennadi Butkeviç və klubun birinci vitse-prezidenti Aleksandr Usik Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenkoya və Hakimlər Komitəsinin sədri Yekaterina Monzula müraciət ünvanlayıblar. Onlar “Dinamo” ilə görüşün hakimlərindən narazılıqlarını ifadə ediblər və VAR-da olan Denis Şurmanın cəzalandırılmasını istəyirlər. Həmçinin 21-ci dəqiqədə “Polesye”nin qolunun hesaba alınmaması və 45+3-cü dəqiqədə “Dinamo”nun futbolçusu Kristian Bilovarın kobudluğunun cəzasız qalmasından hiddətlənərək referinin ümumiyyətlə futboldan uzaqlaşdırılmalı olduğunu iddia edirlər.
Ukraynanın Rauf Cabarovu – Denis Şurman
Ukrayna Futbol Federasiyasının hakimə hansı cəza verəcəyini zaman göstərəcək. Lakin bu xəbəri oxuyarkən bir anlıq düşündüm. Görəsən, “Qarabağ” rəhbərliyi AFFA-ya “Kəpəz”lə oyundakı biabırçı səhvə görə baş hakim Əli Əliyev və VAR-da oturan Rauf Cabarovun cəzalandırılması üçün müraciət edə bilər? Əlbəttə, “Qarabağ”ın belə bir müraciəti çətin iş deyil. Sadəcə onlar da, biz də bilirik ki, bu müraciət heç nəyi dəyişməyəcək. Hakimlər Komitəsi həmişəki kimi, referinin tərəfini tutacaq, onun biabırçı qərarına haqq qazandıracaq. Mövsüm boyu o qədər belə epizod olub ki. Əli Əliyev “Qarabağ”a qarşı “səhv edib”, “Sabah”a qarşı yox. Bizdə yalnız “Sabah”a qarşı səhvə yol verən hakim cəzalandırılır. Hətta Rauf Allahverdiyev kimi hakimlikdən silinir də. Yox, səhv “Sabah”a qarşı deyilsə, kef elə. Hətta referi bu “səhv”lə “Qarabağ”ın qələbəsinə mane olubsa, çempionluq yolunda komandaya zərbə vurubsa, ona hətta “təşəkkür” də düşür. Hakimlərin mükafatları elə-belə artırılmayıb ki...
Daha əvvəl də qeyd etmişik, Azərbaycan futbolunda müxtəlif vaxtlarda bu cür hallar yaşanıb. Ədalət qoruyucuları ara-sıra “Bakı”ya da, “Xəzər”ə də, “Neftçi”yə də, “Qarabağ”a da “simpatiya bəsləyiblər". Lakin bunların heç biri “Sabah”a olan qədər biabırçı dərəcədə olmayıb. Üstəlik, həmin vaxtlarda VAR-ın olmaması hakimlərin əl-qollarını açırdı. VAR-ın olduğu indiki zamanda bu cür “səhvlər”... sadəcə biabırçılıqdır. Biz demirik “Qarabağ” aydan arı, sudan durudur. İndi çıxıb hakimlərin qərarlarını professor sayağı şərh edən, biabırçılıqlara haqq qazandıran Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Suraxanıda “Qarabağ” - “Qəbələ” oyunundakı hoqqaları unudulmayıb. Əminliklə deyirik ki, “Qəbələ”nin bu gün iddialı kollektivdən liqada qalmaq uğrunda mübarizə aparan komandaya çevrilməsinin bir nömrəli günahkarı Rəhim Həsənovdur. Həsənov o vaxt “Qəbələ”nin çempionluğuna mane olmasaydı, bu gün bəlkə də hər şey fərqli idi...
Bütün bunlara baxmayaraq, bu gün “Qarabağ”a qarşı edilənlər də namərdlikdir. Ağdam klubunun üzünə gülənlər, özünü dost kimi təqdim edənlər bu gün komandanın çempion olmaması üçün bütün iyrəncliklərə əl atırlar. Hələ legioner limiti ləğv olunanda, milli komandanın mənafeyi bir kluba qurban veriləndə biz bütün bunların “Qarabağ”ın çempion olmaması üçün edildiyini yazmışdıq. İndi vəziyyət o qədər biabırçı həddə çatıb ki, hakimlərin səhvləri bir ayıb, buna haqq qazandırılmağa cəhd edilməsi isə iki ayıbdır. Əli Əliyevin Yevlaxda həmin epizodda penalti təyin etməli olduğu Marsdan da görünürdü. AFFA isə bu biabırçılığa haqq qazandırmaq üçün VAR-dakı səs yazılarını yayımlayır. Adama deyərlər ki, belə səs yayansınızsa, Zirədə Kamal Umudlunun, Şamaxıda Kamranbəy Rəhimovun təyin etdiyi penaltilərin, “Palms Sport Arena”da İnqilab Məmmədovun ləğv etdiyi 11 metrlik cərimə zərbəsinin də səs yazısını yayın da, yaya bilərsiniz? Yaxşı, heç olmasa, “Qarabağ” - “Sabah” matçının protokolunu ictimaiyyətə təqdim edin. Görək AFFA nümayəndəsi “Sabah”ın məşqçisinin tərbiyəsizliyini yazıb, ya yox? Əlbəttə edə bilməzsiniz. Çünkisi məlumdur.
Bütün bu haqsızlıqlara baxmayaraq, mən hələ də ədalətin varlığına inanıram. Əminəm ki, bu gün “Qarabağ”a qarşı edilən haqsızlıqlar, Ağdam klubunun çempion olmaması üçün əl atılan bütün variantlar cavabsız qalmayacaq. "Qarabağ" meydanda tək qalıb. Vaxtı ilə Qurban Qurbanovun kölgəsinə sığınanlar indi "Sabah" rəhbərliyinin gözünə bir qədər də girmək üçün bütün variantlara əl atırlar... Həyat bumeranqdır. Bunu unutmayın. Və ən əsası kimin güclü olduğu həmişə Avropada bilinir. Kamalların, İnqilabların, Raufların, Cavidlərin, Kamranbəylərin olmadığı yerdə...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
19:18
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
09:30
Millimiz Tacikistana qarşı
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
23.09.2026
22.09.2026
























