7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”

“Neftçi”nin yarımmüdafiəçisi Breno Almeydanın Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XXV turunda “İmişli”ni 6:0 hesabı ilə darmadağın etdiniz. Böyük hesablı qələbəni necə şərh edərdiniz?

- Oyun komandamız üçün çox yaxşı keçdi. Gərgin, mübarizə dolu matç alındı. Meydana çıxan hamı öz gücünü ortaya qoydu və ən yaxşısını etdi. Bundan sonra isə qarşıdakı matçlara köklənməliyik.

- Həmin matçda "Neftçi"də ilk qolunuzu vurdunuz. Təəssüratlarınız necədir?

- Bəli, “İmişli” ilə matçda hesabı açdım. Həmçinin, yeni komandamda ilk qolumu vurdum. Mənə qol vurmağa şərait yaradan komanda yoldaşlarıma minnətdaram. Çox yaxşı iş gördük. Tanrıya sonsuz təşəkkürlər.

- "Neftçi"nin avrokuboklarda çıxış etmək şanslarını necə qiymətləndirirsiniz?

- Hələ də şanslar qalır. Bunun üçün çox çalışırıq. Məşqlərdə əlimizdən gələni edirik. "Neftçi" olaraq yalnız avrokuboklara fokuslanmışıq. Ən yaxşısını etmək üçün mübarizə aparırıq.

- Fasilədən sonra ilk oyununuz “Sumqayıt”a qarşı olacaq. Bu rəqib haqda məlumatınız var?

- Bəli, var. Ağır oyun olacaq. Ancaq “İmişli” ilə matçda olduğu kimi, həmin görüşdə də baş məşqçinin təlimatlarını meydanda çıxıb yerinə yetirməliyik. Belə davam etmək istəyirik.

Azad Nuriyev








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31