22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Ölkə futbolu

Yuri Syomin: “Kurban Berdıyev qalib məşqçidir, hər zaman nəsə qazanır”

“Kurban Berdıyev qalib məşqçidir. O, hər zaman nəsə qazanır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri tanınmış rusiyalı mütəxəssis, “Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin deyib.

Vaxtı ilə Rusiya çempionatında rəqib olduğu Kurban Berdıyevin “Turan Tovuz”dakı fəaliyyətini dəyərləndirən Syomin, bu cür təcrübəli mütəxəssisin ölkəmizdə çalışmasının Azərbaycan futbolunun xeyrinə olduğunu vurğulayıb:

“Berdıyev çox təhlükəlidir (gülür). O, elə “Qarabağ” üçün də təhlükəli rəqibdir. Berdıyevin təcrübəsi barədə nəsə demək artıq olar. O, qalib gəlməyin yollarını bilir. Azərbaycanda medalçılar sırasına düşsə, yaxud kuboku qazansa, buna qətiyyən təəccüblənmərəm. Çünki nə etdiyini, eləcə də qalib gəlməyin yollarını bilir. Vaxtı ilə səfərdə "Barselona"ya qalib gəlib, özü də "Nou Kamp"da. Kurban Berdıyevin bu gün ölkənizdə çalışması yalnız və yalnız Azərbaycan futbolunun xeyrinədir. Onun zəngin təcrübəsindən yararlanmaq lazımdır”.

Qeyd edək ki, Yuri Syominin müsahibəsinin tam mətni ilə irəliləyən saatlarda tanış ola bilərsiniz.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30