1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

Masaki Murata: “Bəlkə bu halda nəyisə dəyişə bildik”

“Oyun barədə nəsə demək çətindir. Bu matçda qalib gəlməli idik. Lakin bacarmadıq və uduzduq. Halbuki bu, bizim üçün finala bərabər qarşılaşma idi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Masaki Murata Azərbaycan Premyer Liqasının 24-cü turunda “Şamaxı”ya 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, məğlubiyyətə qaçırılan qol epizodlarının səbəb olduğunu bildirib: “Şanslarımızı dəyərləndirə bilmədik. Ümumi götürdükdə pis oynamadıq. Ancaq bu, heç nəyi dəyişmir. Fakt budur ki, məğlub olmuşuq. Əsas nəticədir”.

Yapon yarımmüdafiəçi komandasının qış fasiləsindən sonra uğursuz çıxış etməsinin səbəbini bilmədiyini deyib: “Heç kim istəməzdi belə nəticə olsun. Komandamız təslim olmaq fikrində deyil. Sonacan mübarizə aparacağıq. İndi avrokuboklar barədə düşünməməliyik. İki ay sonrasını yox, yalnız hər növbəti oyunu fikirləşməliyik. Bu halda bəlkə nəyisə dəyişə bilərik”.

Mutada dəstəyə görə sumqayıtlı azarkeşlərə təşəkkür edib: “Sağ olsunlar ki, uğursuz nəticələrə baxmayaraq, azarkeşlər gəlirlər, dəstək olurlar. Onları məyus etdiyimiz üçün üzülürük. Azarkeşləri, şəhəri sevindirməliyik”.

Fərəc Aslanov

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31