8 Noyabr 2026, Bazar günü
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

“Araz-Naxçıvan”ın qapıçısı: “Ayağa qalxıb mübarizəmizi davam etdirməliyik”

"Çətin oldu, hesab bizə tərs şillə təsiri bağışladı. Ağır məğlubiyyətdir. Lakin ayağa qalxıb inamla mübarizəmizi davam etdirməliyik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ”a 0:6 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.  

O, "Araz-Naxçıvan"ın qeyri-stabil çıxışın səbəbini belə izah edib: “Bəzən belə şeylər olur. Bu, futboldur. Əsas olan ayağa qalxıb, güc toplamaqdır. Növbəti matçlara hazırlaşmalıyıq”.

Moldovalı qolkiper komandadakı baş məşqçi dəyişlikliyinin mənfi effekt verməsi barədə sualı belə cavablandırıb: “Bu barədə nəsə demək çətindir. Baş məşqçi, məşqçilər heyəti hamısı yenidir. Bunu onlardan soruşmalısınız. Komandada nəyin çatışmadığını onlar daha yaxşı deyə bilər”.

K.Avram sabah 24-cü tur çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Bizim üçün rəqibimizin neçənci pillədə olmasının fərqi yoxdur. Bütün komandalara qarşı eyni cür hazırlaşırıq. Bütün matçlar çətindir. Yaxşı xarakter ortaya qoyub qələbələr qazanmalıyıq. Hər şeyə hazır olmalıyıq. Gücümüzü 100 faiz nümayiş etdirməliyik”.

Azad Nuriyev

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30