Ölkə futbolu
Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
Gözlənilən təyinat reallaşdı. Azərbaycanın U-20 millisi Rui Jorgeyə tapşırıldı. Mətbuatda yazılanlara inansaq, portuqaliyalı mütəxəssisin ölkəmizdəki qazancı bir milyon dollar olacaq. Allah bazar versin, nə deyək...
Adamın üstündə Allah var, Rui Jorgenin CV-si göz oxşayır. Təkcə elə Portuqaliya kimi istedadların bol olduğu ölkənin U-21 millisini 15 il çalışdırmaq nəyə desən, dəyər. Amma Molla Nəsrəddin demiş, AFFA, bundan sizə nə, bizə nə? Odur ki, bu təyinatdan göyə sovrulan pulların qoxusu gəlir.
Birincisi, daha əvvəl AFFA Portuqaliya millisini Avropa çempionu etmiş Fernandu Santuşla da bu cür bəh-bəhlə müqavilə imzalamışdı. Axırı nə oldu? Azərbaycan millisi Millətlər Liqasında ən rəzil nəticəsinə imza ataraq cırtdanların yer aldığı D Liqasına yuvarlandı. Daha sonra da Santuşu hoydu-hoydu ilə yola saldıq. Portuqaliyanın əsas millisinin baş məşqçisinin Azərbaycan futboluna nə faydası dəydi ki, indi də gənclər yığmasının çalışdırıcısına qucaq açırıq? İllərdir eyni fikir səslənsə də, dəyişən heç nə yoxdur – Azərbaycan millisinə kimi baş məşqçi gətirirsən gətir, futbolçu olmayandan sonra heç bir xeyri yoxdur. Necə olur, AFFA bunu əsas millidə başa düşür, U-20 yığmasında yox? Belə çıxır ki, Ayxan Abbasovun əsas milliyə təyinatı gözdən pərdə asmaq, azarkeşləri sakitləşdirmək üçündür? 3-5 gündən sonra yığmamız yenə hansısa pensiya yaşında olan əcnəbi mütəxəssisə tapşırılacaq?
Rui Jorge yuxarıda da qeyd etdiyimiz kimi, 15 il Portuqaliya kimi ölkənin U-21 yığmasını çalışdırıbsa, deməli, bacarıqlı mütəxəssisdir. Amma o bizə 2 il ərzində nə verə bilər axı? Hər halda özü ilə birgə Portuqaliyadan 20 futbolçu gətirməyəcək. İstənilən halda sərəncamında bu gün Əvəzedicilər Liqasında çıxış edən, yaxud I və ya II Liqada forma geyən azərbaycanlı gənclər olacaq. Həmin gəncləri də iki il ərzində nəinki Rui Jorge, heç dünyanın ən güclü sehrbazı belə Leauya, Bruno Fernandeşə, yaxud başqa bir portuqaliyalı ulduza çevirə bilməz.
İslam Oyunlarının qalibi olan Azərbaycan yığması
İkincisi, daha əvvəl Azərbaycanın ev sahibliyi etdiyi turnirlərdə baş məşqçilər yerlilər olub və onların işi heç də pis alınmayıb. Götürək İslam Oyunlarının qalibi olan yığmamızı. Həmin komandanı kim çalışdırırdı? U-21 millimizin o vaxtkı baş məşqçisi Yaşar Vahabzadə. Onun rəhbərliyi altında da millimiz İslam Oyunlarını qalibi olmadı? Oldu. Yaxud 2016-cı ildə Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatına millimizi Təbriz Həsənov hazırlaşdırmamışdı? Millimiz məgər Həsənovun rəhbərliyi altında pis çıxış etdi? Düzdür, qrupdan çıxmaq mümkün olmadı. Lakin millimiz turnirin gələcək qalibi Portuqaliya xaric, digər rəqiblərlə başa-baş mübarizə apardı. Belçika ilə heç-heçə etdik (1:1) və şotlandlara 1:0 hesabı ilə qalib gəldik. Odur ki, indiki halda Rui Jorgeyə milyon dollar xərcləməkdənsə, yerli məşqçilərdən birinə şans vermək daha məqsədəuyğun olardı.
Farxod Nişonov
Üçüncüsü və ən əsası. Dünya çempionatına Azərbaycanla birlikdə ev sahibliyi edəcək Özbəkistanın U-20 yığmasının baş məşqçisi kimdir? Farxod Nişonov. Özbəkdir, Daşkənddə anadan olub və cəmi 34 yaşı var. Hörmətli AFFA rəhbərliyi, sizcə, niyə özbəklər ölkə xaricindən bahalı əcnəbi məşqçi gətirmirlər milliyə? Sizcə, pulları yoxdur? Ya futbolu sizdən pis bilirlər? İnciməyin, amma Özbəkistan millisi DÇ-2026-ya hazırlaşır, Azərbaycan yığması isə Millətlər Liqasında D divizionundan qurtulmaq barədə düşünürsə, məncə, sonuncu sualın cavabı məlumdur...
P.S. Unutmamış onu da qeyd edək ki, milli komandaya baş məşqçini AFFA İcraiyyə Komitəsi (İK) təyin edə bilər. Əgər Rui Jorge İK-nın iclasında təyin olunubsa, indi niyə açıqlayırlar?! Yox, iclasda təyin olunmayıbsa, indi necə təyin ediblər?! 19 fevraldan 19 gün keçib... Belə görünür ki, AFFA 19 rəqəminin əlində girinc qalıb, belədə U-20-ə belə yöndəmsiz təyinat təbiidir...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























