10 Iyun 2026, Çərşənbə
“Qarabağ”ın istirahəti başa çatdı
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi

Ölkə futbolu

AFFA I Liqa klubunu 6510 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan I Liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Baku Sportinq” - “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib. Matçın fasiləsində “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 900 manat cərimə edilib.

"Şəfa” - “Şahdağ Qusar” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib. “Şahdağ Qusar” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib. Oyunun 45+2-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının həkimi Müşfiq Hümmətli  hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə  aldığı üçün 4 oyun oyunluq cəzalandırıb, klub 3000 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının məşqçisi Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə  aldığı üçün 4 oyunluq cəzalandırılıb, klub 3000 manat cərimə edilib. “Şahdağ Qusar”ın icraçı direktoru Mirzə Bayrampul “A buraxılışı” akkreditasiyası olmadan Zona 1-ə daxil olduğuna görə klub 300 manat cərimə edilib.

“Cəbrayıl” - “Səbail” oyununda “Cəbrayıl” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30