Ölkə futbolu
“Berdıyev qısa danışsa da, hər zaman qələbə üçün lazım olan sözləri tapır”
“Turan Tovuz”un qapıçısı Sergey Samokun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 23-cü turunda vacib qələbə qazandınız. “Neftçi”ni məğlub etdiyiniz görüşü (1:0) necə şərh edərdiniz?
- Çətin oyun keçdi. Elə də çox qol epizodları olmadı. Nə bizdə, nə də rəqibdə. İlk hissədə “Neftçi”nin cinah ötürmələri təhlükəli alınırdı. Lakin müdafiəçilərimiz bunun öhdəsindən gəldilər. Fasilədən sonra daha fəal idik və qələbə qolunu vurduq. Vacib 3 xal qazandığımızı düşünürəm.
- Yəqin ki, oyundan əvvəl “Zirə”nin “Kəpəz”lə görüşdə xal itirdiyini bilirdiniz. Bu məqam motivasiyanızı daha da artırmışdı?
- Açığı, oyundan əvvəl bunu bilmirdim. Yalnız “Neftçi” ilə matçımız başa çatdıqdan sonra eşitdim ki, “Zirə” xal itirib. Bu, məni xoş mənada təəccübləndirdi. Lakin indidən nəsə demək olmaz. Çünki qarşıda hələ 10 tur var. Odur ki, hər matçda qələbə qazanmağa çalışmalıyıq.
- Demək olar ki, “Turan Tovuz” bu qələbə sayəsində bürünc medala doğru vacib addım atdı?
- Əlbəttə. Amma “Neftçi” də yaxşı komandadır. Aramızdakı xal fərqinə baxmayaraq, onların riyazi cəhətdən bizi ötmək şansları var idi. Ona görə də bu qələbə bizim üçün vacibdir. Lakin yenə deyirəm ki, heç cür rahatlaşmaq olmaz. Qarşıda təxminən 1 dövrə var.
- Ardıcıl 8 oyundur qapınızda qol görmürsünüz. Bu uğurlu seriyanın əsas səbəbi nədədir?
- Təbii ki, 8 oyunda qol buraxmamağımız çox yaxşı nəticədir. Mənim üçün də xoşdur. Ancaq bu, təkcə mənim əməyim deyil. Qapımızda qol görmürüksə, bunda bütün komandanın rolu var. Deməli, müdafiəçilərimiz işlərinin öhdəsindən gəlirlər.
- Kurban Berdıyev mətbuat konfranslarında az danışır. Daha dəqiq desək, suallara konkret və lakonik cavab verir. Maraqlıdır, bu cür vacib qələbələrdən sonra paltardəyişmə otağında da eyni tərzdə çıxış edir?
- Hər dəfə fərqli olur. “Neftçi” ilə matçdan sonra o da emosional idi. Çünki vacib qələbə qazandıq. Bu nəticəyə görə hamı sevinirdi. Təbii ki, Kurban Berdıyev də. Düzdür, o, qələbələrdən sonra da çox danışmır. Ümumiyyətlə, istər oyundan öncə və ya sonra, istər məşqlərdə Berdıyev qısa danışsa da, hər zaman qələbə üçün lazım olan sözləri tapır. Bizə yaxşı motivasiya verir, tapşırıqlarını çatdırır. Biz də onun dediklərini meydanda reallaşdırmağa çalışırıq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
07.11.2026
06.11.2026
05.11.2026
























