21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Berdıyev Vernidubun məğlubiyyətsiz oyunlar seriyasına son qoydu

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi” öz meydanında “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, bu nəticə ilə “ağ-qaralar” Yuri Vernidubun rəhbərliyi altında ilk dəfə məğlubiyyət acısı yaşayıb. Ukraynalı mütəxəssisin gəlişindən sonra “Neftçi” buna qədər keçirdiyi 7 oyundan 4 qələbə qazanmışdı, 3-də isə heç-heçə etmişdi. “Karvan-Yevlax” (2:1), “Araz-Naxçıvan” (4:0), “Kəpəz” (3:1) və “Qəbələ”yə (1:0) qalib gələn Vernidubun komandası “Sumqayıt” (2:2), “Zirə” (0:0) və “Şamaxı” (2:2) ilə xalları yarı bölmüşdü. Lakin Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” Yuri Vernidubun məğlubiyyətsiz oyunlar seriyasına son qoydu.

Xatırladaq ki, buna qədər “Neftçi” sonuncu dəfə ötən ilin 8 dekabrında “Sabah”a 0:2 hesabı ilə uduzmuşdu. Masazırda baş tutan həmin görüşü Yuri Vernidub tribunadan izləmişdi.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30