17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

“Qarabağ”dan “Futbol hamı üçün” aksiyası

“Qarabağ” Futbol Klubunun təşkilatçılığı və klubun tərəfdaşı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Futbol hamı üçün” adlı sosial aksiya həyata keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Qarabağ"- "Araz-Naxçıvan" oyunundan öncə baş tutan aksiya 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunub.

Təşəbbüs çərçivəsində azyaşlı qız uşaqları futbolçularla birlikdə meydana çıxaraq “Futbol hamı üçün” mesajını azarkeşlərə çatdırıblar. Aksiyanın əsas məqsədi futbolda və cəmiyyətdə inklüzivlik, gender bərabərliyi və irqi bərabərlik kimi dəyərlərə diqqət çəkmək olub.

Bu təşəbbüslə bir daha vurğulanıb ki, futbol insanları birləşdirən, hər kəs üçün açıq olan və bərabərlik mesajı daşıyan universal bir oyundur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31