Ölkə futbolu
“Füzuli Məmmədovun gəlişindən sonra komanda daha xarakterli olub”
“Karvan-Yevlax”ın yarımmüdafiəçisi Vadim Abdullayevin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?
- Meydana qələbə üçün çıxmışdıq. Heç də pis oynamadıq. Rəqiblə müqayisədə qol epizodlarımız daha çox idi. Qalib gəlməyi çox istəyirdik. Yekunda 1 xalla kifayətləndik. Sonda məğlubiyyətdən qaçdığımızı nəzərə alsaq, 1 xalı qənaətbəxş nəticə saymaq olar. Xarakter göstərdik. Bu da gələcək oyunlarda bizə çox faydalı olacaq.
- Ötən tur da heç-heçə ilə kifayətlənmişdiniz, bu dəfə də. Qələbə qazanmağınıza nə mane olur?
- Məncə, çatışmazlıq yaxaladığımız epizodları dəyərləndirə bilməməyimizdir. Qol fürsətləri yaradırıq, lakin onları reallaşdırmaq, qola çevirmək mümkün olmur. Bizim kimi komandaların oyun ərzində çox qol epizodları olmur. Ona görə də ələ düşən fürsətləri mütləq dəyərləndirmək lazımdır.
- Görünən odur ki, futbolçular, baş məşqçi əlindən gələni edir, lakin sanki nəsə çatışmır. Bəlkə psixoloji baxımdan çətinlik var?
- Turnir cədvəlində mövqeyimiz ürəkaçan deyil. Bu da istər-istəməz özünü göstərir. Amma komanda olaraq bu vəziyyətdən çıxmaq istəyirik. Bunun üçün əlimizdən gələni də edirik. Ən azı adımızı, imicimizi qorumaq üçün vəziyyətimizi dəyişməliyik.
- Bəlkə hansısa futbolçular artıq Premyer Liqa ilə vidalaşmağı qəbullanıblar və bu da kollektivə mənfi təsir göstərir?
- Düşünmürəm. Bu vəziyyətə komanda olaraq düşmüşüksə, komanda olaraq da vəziyyətdən çıxmalıyıq. İndi yalnız hər növbəti matçı düşünməliyik. Hər oyunun hökmü var. Düzdür, indi vəziyyət bizim üçün ürəkaçan deyil. Biz bunu dərk edirik. Lakin dediyim kimi, peşəkar futbolçularıq və maksimum əlimizdən gələni etməliyik.
- Füzuli Məmmədovun gəlişindən sonra komandada nələr dəyişib?
- Füzuli Məmmədovun gəlişindən sonra komanda daha xarakterli olub. İndi daha mübarizik. Təbii ki, bunda da Füzuli müəllimin özünün xarakterli olmasının təsiri var. O, çox istəkli, əzmkar məşqçidir. Bu da biz futbolçulara müsbət mənada təsirini göstərir. İndi daha çox əzmkar, daha çox kompakt oynayırıq.
- Qardaşı sizi “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ”la 3 ardıcıl oyun gözləyir...
- Bizə bundan sonra maksimum dərəcədə xallar lazımdır. Hər matça da qələbə, xal qazanmaq üçün çıxacağıq. Rəqibin kimliyi fərq etmir. Əlimizdən gələni edəcəyik ki, bu matçlarda da xallar qazanaq. İnanırıq ki, çətin də olsa, hədəfimizə çatacağıq.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
05.11.2026
04.11.2026
03.11.2026
























