27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Ölkə futbolu

"Araz-Naxçıvan"ın akademiyasında müzakirə

AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, "Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək" prosesində həyata keçirilən akademiya səfərləri çərçivəsində növbəti görüş "Araz-Naxçıvan"ın akademiyasında baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, səfər zamanı akademiyanın direktoru Sakit Rzayevlə geniş müzakirələr aparılıb, mövcud fəaliyyət istiqamətləri və gələcək inkişaf perspektivləri ətraflı şəkildə nəzərdən keçirilib.

Görüşdə akademiyanın mövcud infrastruktur imkanları, Naxçıvan regionunda mövsümboyu mütəmadi yarışların keçirilmə imkanları, yaş qrupları üzrə fəaliyyət modeli, məşq prosesinin təşkili və metodoloji yanaşmalar, region futbolunun inkişafında akademiyanın rolu, həmçinin uzunmüddətli inkişaf baxışı və strukturlaşma perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, Naxçıvanda futbola maraq, potensial mövcuddur və bu potensialın sistemli şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Tərəflər arasında akademiya fəaliyyətinin mərhələli şəkildə təkmilləşdirilməsi, idarəetmə və proqramlaşdırma istiqamətində struktur addımların atılması, eləcə də gələcək inkişaf planının hazırlanması barədə qarşılıqlı razılıq əldə edilib.

Səfər regionlarda vahid və dayanıqlı akademiya modelinin formalaşdırılması istiqamətində davam edən prosesin tərkib hissəsidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31