27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Ölkə futbolu

“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq: 1500 bilet satılıb artıq

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək “Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq var.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, dünən satışa çıxan biletlərdən artıq 1500-ü satılıb. “Forza Neftçi”nin biletləri oyun günü əldə etdiyini, üstəlik, qonaq fanatların da matça maraq göstərəcəyini nəzərə alsaq, “Palms Sports Arena”ya xeyli sayda azarkeş toplaşacağını ehtimal etmək olar.

Xatırladaq ki, “Neftçi” azarkeşlərə jest edərək oyun biletlərinin qiymətində endirim edib. Belə ki, “VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edir. Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Xatırladaq ki, martın 9-da keçiriləcək “Neftçi” - “Turan Tovuz” matçı saat 20:30-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31