27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Ölkə futbolu

Siyasət Əsgərov: “Sona qədər xarakter göstərərək qələbə qazandıq”

“Çox yaxşı gün oldu. Əlbəttə ki, çətin oyun salındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikdə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniyaya qalib gəldikləri (2:0) oyundan sonra deyib.

O, martın 7-də səfərdə Macarıstan yığması ilə keçiriləcək matçdan da uğurlu nəticə ilə dönməyi hədəflədiklərini söyləyib:

“Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb. Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var. Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31