11 Oktyabr 2026, Bazar günü
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında mövsümün yeni antirekordu

Azərbaycan Premyer Liqasının 21-ci turunun 5 oyununda 5 qol vurulub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Turan Tovuz” “Zirə”ni evdə, “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı səfərdə 2, “Sabah” öz meydanında “Kəpəz”i 1 qolla məğlub edib. “Neftçi” - “Qarabağ” qarşılaşması isə təxirə salınıb.

Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, mövsümün yeni antirekordudur.

Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu.  Orta məhsuldarlıq 1,33-ə bərabər idi.

Orta məhsuldarlığın 1,00 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün XII turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub.

Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümünə təsadüf edib. II turun 4 oyununda 3 qol vurulub və məhsuldarlıq 0,75 olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31