8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Andrey Demçenkodan qələbə şərhi

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma demişdim ki, çətin oyun olacaq. "Karvan-Yevlax" elə vəziyyətdədir ki, onların itiriləsi heç nəyi yoxdur, ölümə qədər döyüşəcəkdilər. Komandama dedim ki, rəqibi qiymətləndirmək lazımdır. Birinci hissədə istədiklərimizi tam olaraq edə bilmirdik. Belə vəziyyətdə səbirli olub şansını gözləmək lazımdır. Səbirli olub əks-hücumda qol vurduq. İkinci hissədə bir az fərqli oynadıq. Rəqibə oynamaq üçün məsafə verməməyə çalışdıq. Futbolçularıma təşəkkürümü bildirdim. Qələbə qazanmaq üçün hər şey etdilər. Hələ rahat ola bilmərik. Qarşıda oyunlarımız var.

- Felipe Santos bundan sonra daimi olaraq əsas heyətdə oynayacaq?

- Biz Santosa izah etdik ki, o, yaxşı futbolçudur. Onun yaxşı oyun keyfiyyətləri var. Hər şey çox sadədir. O, öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı.

- Klub prezidenti Ramin Axundovun axtarışa verilməsi komandaya necə təsir edir?

- Bu barədə elə də məlumatım yoxdur. Biz öz işimizi görürük. Bizim standart rejimimiz var. Komanda öz işini görməyə davam edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31