8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Saşa İliç 1 xalı qənaətbəxş sayır

“İlk 20 dəqiqədə yaxşı oyun göstərdik. Hissənin sonlarına yaxın səhvlər edirdik. İkinci 45 dəqiqədə bir az toparlasaq da, sonda bərabərliklə matçdan ayrıldıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə heç-heçə etdikləri (0:0) oyundan sonra deyib.

Serb mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komanda ümumilikdə yaxşı oyun sərgiləyir. Lakin ələ düşən imkanlardan futbolçuların yararlana bilməməsini məsuliyyətsiz yanaşma kimi qələmə vermək olarmı?

- Bəzi epizodlardan yararlana bilmirik, düzdür. Amma düşünmürəm ki, bu, məsuliyyətsizlikdən irəli gəlir. Nədən bu durumun olduğunun cavabın tapa bilmirəm.

- Roi Kehatın zədəsi ilə bağlı məlumat varmı?

- Hələlik məlum olan heç nə yoxdur. Bazar ertəsi müayinələrdən sonra daha dəqiq bir şey söyləmək olar.

- Ardıcıl 3 oyundur qələbə qazana bilmirsiniz. Bunu avrokuboklara vəsiqə uğrunda mübarizədə sizə necə təsir edəcəyini düşünürsünüz?

- Hələ ki heç nə bəlli deyil. Bundan sonra çətin oyunlarımız qalsa da, əlimizdən gələni etməyə çalışacağıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31