28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Ölkə futbolu

“Özbəkistandakı toplanış komanda üçün çox faydalı oldu”

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, fikirlərini  AFFA-nın mətbuat xidmətinə bildirən Ağayev komandanın hazırlığından razı qaldığını deyib: “Toplanış komandamız üçün çox faydalı oldu. Özümüzdən yaşca böyük olan Özbəkistanın U-20 yığmasına qarşı iki oyun keçirdik və bu matçlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı. Ümumilikdə komandanın toplanış zamanı həm oyuna münasibətindən, həm də göstərdiyi performansdan razıyam. Bu hazırlıq bir çox futbolçu üçün inkişaf baxımından dəyərli təcrübə oldu”.

U-19-un baş məşqçisi Özbəkistan yığmasına qarşı keçirilən yoxlama oyunlarını (3:2, 0:4) da dəyərləndirib: “İlk oyunda komanda xarakter və intizam göstərdi. Rəqib hesabı bərabərləşdirsə və biz azlıqda qalsaq da, qızlar toparlanaraq qələbə qazanmağı bacardılar. Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir. İkinci görüşdə isə yorğunluq və məhdud rotasiya imkanları öz təsirini göstərdi, nəticədə məğlub olduq. Buna baxmayaraq, belə qarşılaşmalar hazırlıq prosesinin vacib hissəsidir və gələcəkdə üzərində işləməli olduğumuz məqamları göstərir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31