Ölkə futbolu
Azərbaycanlı hakim təyinat aldığı Ermənistan - Ukrayna oyunundan danışdı
Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı 3 görüşdə iş başında alıb.
Futbolxeber.az saytının məlumatına görə, artıq vətənə dönən referi qitə birinciliyi ilə bağlı təəssüratlarını Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində bölüşüb.
- İlk dəfə belə mötəbər yarışa təyinat aldın. Atmosfer necə idi?
- Demək olar, fərqli bir atmosfer idi. Qitənin ən nüfuzlu futzal yarışı, üstəlik 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü də orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışı idi. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də oyunların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və s. tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar.
- Final mərhələsində ilk təyinatın Ermənistan - Ukrayna oyununa oldu. Timekeeper kimi olsa da, həmin matçda iş başında olmağın bir həyəcanı var idimi?
- Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyəcan yerini oyunun atmosferinə buraxır.
- Baş hakim kimi Ukrayna-Litva görüşünü idarə etdin. Hakim-inspektor idarəçiliyinlə bağlı nə dedi?
- Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukrayna yenilmiş Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydı, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdu. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi.
- Gürcüstan- Fransa matçında isə üçüncü hakim oldun. Oyunun gərginliyini nəzərə alsaq, işin çox idi?
- Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Belədə də üçüncü hakimin işin çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm.
- Bəs qrup mərhələsindən sonrakı oyunlara təyinat almamağın nə ilə bağlıdır?
- Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı demək olar, yarıbayrı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər.
- Ümumiləşdirsək, Avropa çempionatında hansı yeniliklərlə tanış oldun və təəssüratların necədir?
- Əlbəttə, yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman oyunu olduğuna şahidlik etdim.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
19:00
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
14.11.2026
13.11.2026
12.11.2026
























