9 Noyabr 2026, Bazar ertəsi
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Ölkə futbolu

Azərbaycan klublarının Çempionlar Liqasında 150-ci qolu

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların ümumi sayı 150-yə çatıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, yubiley qolunu Bəhlul Mustafazadə vurub.

“Qarabağ”ın müdafiəçisi Liqa mərhələsinin 7-ci turunun “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub - 3:2. Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərinə keçirilən 116-cı matçda 150-yə çatıb.

Bu qollara 7 komanda imza atıb. “Qarabağ” hamıdan çox - 110 dəfə fərqlənib. “Neftçi” 18, “Bakı” 7, “Şəmkir” 6, “Kəpəz” 4, “Şamaxı” 3, “Xəzər Lənkəran” 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də LKS (Polşa) - “Kəpəz” qarşılaşmasında (4:1) fərqlənib.

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30