Ölkə futbolu
Qurban Qurbanov: “Bəhlulun bəxti gətirməyib ki, müdafiəçi olub”
“Alqışlara görə çox sağ olun, təşəkkür edirəm. Azarkeşlərimizi təbrik etmək istəyirəm. Həqiqətən bu qalibiyyət onların haqqı idi. Bütün oyunlarda bizimlə oldular. Bəlkə bizdən daha çox qalibiyyəti istəyən azarkeşlərimiz var idi. Onların duaları bizə böyük zəfər nəsib etdi. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Qələbə üçün təkcə istək, aqressiya yox, intizamlı oyun oynadılar. Bəzi oyunlarda olmayan intizam bu gün var idi. Sona qədər intizamı pozmamaq, qələbəyə inanmağı gördük. Futbolçularımız, azarkeşlərimiz və Azərbaycan futboluna adına çox sevindik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Möcüzələrə inanırsınız?
- Möcüzə nəyə deyilir? Qalibiyyətlərə inanıram. Dünya praktikasında bunu görmüşük, hansı ki, zəif sayılan komandalar böyük komandalara qalib gəlir. Amma ümumən bu cür hallara inanıram.
- Oyuna necə hazırlaşmışdınız ki, bu gün qalib gəldiniz?
- Antalyada hazırlıq oyunlarından sonra demişdim ki, futbolçularımdan çox razıyam. Sadəcə bir oyun da əlavə oynasaydıq, komanda daha optimal formada olardı. Vaxtımız az oldu. Amma bizim özümüzün üstün cəhəti nədirsə, maksimum onu yaxşılaşdırmağa çalışdıq. Rəqibə görə bir neçə xırda detallar əlavə etmişdik. Şükürlər olsun ki, sanki alındı. Komandam yaxşı hazırlıq keçmişdi. Qələbə çox gözəl idi, 3 qol möhtəşəm oldu, amma bunu yaxşı oyunla və yaxşı hücumlarla əldə etmək mənim üçün sevindirici haldır. Daha sadə, daha sərbəst, daha güvənli, daha cəsarətli olmağa çalışdıq. “Ayaks”la oyundan sonra futbolçular çox üzgün idi. Onu geridə qoyub, şansımızdan maksimum istifadə etmək haqda danışırdıq. Razı qaldığım oyun öz keyfiyyətimizi daha da yaxşılaşdırdıq.
- Azarkeşlərimizin xəyalı “Liverpul”u “Enfild Roud”da büdrətməkdir. Azarkeşlərimizə nə mesaj vermək istəyərdiz?
- Liverpula inamlı gedəcəyik. Heç bir komandaya o stadionda oynamaq asan deyil. İngiltərənin ən çılığın azarkeşləri olan klubudur. Həmin oyunda futbolçularımdan çəkinməyərək oynamağı deyəcəm. Böyük futbol dedikdə, elə bir nömrəli stadionlardan biri “Enfild Roud”dur. Ən davakar azarkeşləri ilə seçilib, Avropanın bütün şəhərlərində bir problem yaradıblar. Belə stadionda oynamaq futbolçularıma böyük ləzzət verməlidir. Futbolçulardan bunu tələb edəcəm ki, minimum bugünkü oyunu qoruyub-saxlasınlar. Xeyirlisi. Allah köməyimiz olsun. Azarkeşlərimizin də bu oyundan həzz almasını istəyərdim. Cənab Prezident də bizi təbrik edib. Sağ olsun, təşəkkür edirəm. Mən də cənab Prezidenti və xalqımızı təbrik edirəm.
- Bəhlul Mustafazadə buraxılan qollarda səhvləri oldu. Məşhur kinoda deyilmişkən, “onu bağışlamaq olarmı”?
- Niyə də yox? Futbol xəta oyunudur, belə hallar olur. Əfsuslar olsun ki, ən çox xətaları müdafiəçilər edir. Bəhlulun da bəxti gətirməyib ki, müdafiəçi olub (gülür). Hamının başına belə hallar gəlir. “Ayntraxt”a qoluna görə, bu günə qədər olan xətalarını bağışlamaq olar (gülür).
- Hakimin qərarları barədə nə deyərdiniz? Kamilo Durana qarşı olan kobudluğa görə penalti təyin etmədi, oxşar epizodda qapınızda penalti təyin etdi. Cənab Prezident özü də hətta UEFA-nın təyin etdiyi hakimin ədalətsiz qərarlarından yazıb...
- Məncə, əlavə şərhə ehtiyac yoxdur. Mən də o epizodda sizin kimi əsəbiləşdim, amma özümü tez ələ ala bildim (gülür). Normaldır, futbolda belə hallar olur. Çox geniş və çox ətraflı və çox düzgün cavabı elə cənab Prezident bildirib. Ona bir daha təşəkkür edirəm.
- Futbolu olmayan bir ölkənin təmsilçisi olaraq dünyanın ən güclü klub turnirində sona bir tur qalmış “Barselona” kimi klubla eyni xala malik olmaq, Almaniya klubunu Bakıdan əliboş yola salmaq necə hissdir?
- Futbolu olmayan ifadəsi bir az ağır olar. Futbolumuz var. Sadəcə daha da yaxşı inkişafa ehtiyac var. İnanıram ki, hər şey pillə-pillə daha yaxşı olacaq. Yeni rəhbərlik, yeni ideyalar var. O sıralarda olmağa gəldikdə, bunlar əlbəttə ki, qürurvericidir. Hər zaman demişəm ki, hər böyük qalibiyyət gələcəyə böyük inam verir. Belə qələbələr məni məşqçi kimi, futbolçularımı futbolçu kimi, klubun daha da böyük olması üçün fürsətdir. Bu cür klubların Bakıya gəlməsi, qələbələr qazanmağımız futbolu azarkeşlərimizə sevdirir. Azarkeşlər də gəlir. Belə olan halda, nəticəni Allah bizim istəyimizə görə verir, bir də azarkeşlərin istəyinə görə. Cəm şəkildə yaxşı qalibiyyətlər olur.
- 10-12 il qabaq deyirdiniz ki, belə komandalarla oynamaq üçün bizə illər lazımdır. Bu gün hansı fikirdəsiniz?
- Yenə öz fikrimdə qalıram. Çünki Avropa futbolu bizdən daha çox və daha sürətlə inkişaf edir. Ümumi oyunların gedişatına baxsaq, bizim çatışmazlıqlarımız daha çox görünür, nəinki rəqibin. Biz oyunu analiz edəndə baxırıq ki, rəqib bizim düşdüyümüz epizodları onlar daha soyuqqanlı qəbul edirlər, düzgün qərarlar verirlər. Çünki illər boyu o tempdə, o azarkeş basqısında oynayırlar. Oyundan qabaq da demişdim ki, bizim bir qələbəmiz olsun, amma onu öz oyunumuzla əldə edək. Biz öz oyunumuzdan sona qədər əl çəkmədik. Rəqib də təzyiq göstərdi.
- Elvin Cəfərquliyev dəyişdirilməsini istəyirdi. Bu, nə ilə bağlıdır?
- Bir az yorulduğunu bildirdi. Ona görə dəyişilməsini istəyirdi. Mən də fərqli cavab verdim.
- Coni Montielin hazır olmadığını demişdiniz, amma bu gün start heyətində meydana çıxmışdı...
- O, daha artığına qadirdir. Bu cür oyunu 2 il ərzində ilk dəfə oynayırdı. Meydanda 81 dəqiqə oynadı. Özünü çox yaxşı göstərdi. Hiss olunurdu ki, o dinamikanı sona qədər saxlamağa hazır deyil. Amma xarakter hesabına özündə güc tapırdı. Əminəm ki, bizim çox futbolçumuz 2 günə bərpa olunacaqsa, Montieldə minimum 3 gün olacaq. Bu cür oyunlarda az olduğu üçün bərpasına daha çox vaxt lazım gələ bilər.
- Abdullah Zubirin oyunundan razı qaldınız?
- Belə oyundan sonra çatışmazlıqdan danışmaq düzgün olmaz. Bizim elə oyunçularımız var ki, onların qol epizodu az olsun, amma onun etdikləri bizim oyun balansını qoruyub-saxlamaq üçün ən vacib məsələlərdir. Zubir də ən vacib oyunçulardandır. O, komandada ən çox topla davranan oyunçudur. Elə oyunçu var ki, 40 dəfə topa toxunur, Zubir hər matçda 70-90 dəfə topla təmasda olur. Bu da topun bizdə nə qədər çox qalması deməkdir. Həm hücumda, həm də müdafiədə ondan razı qaldım. Meydanda ən hərəkətli oyunçulardandır.
- “Liverpul”la oyunda Kadini meydanda görəcəyik?
- Böyük ehtimalla, yox. Bir az ağrı var ayağında. Ona vaxt lazım gələcək.
- Son qoldan öncəki kornerdən əvvəl iki futbolçuya geriyə qayıtmasını tələb etdiniz. Həmin epizoddan sonra Bikalyo topu ələ keçirdi və hücumu başladı, qol vurdunuz...
- Oyunun gedişatında olan epizod idi. Əvvəlki kornerlərdə “Ayntraxt” öndə oyunçu saxlamırdı. Amma sonuncu kornerdə öndə 2 oyunçu mərkəzdə qaldı. Ona görə, Aleksey Kaşuk və Elvin Cəfərquliyev arxaya keçdi. Risk olmasın deyə, Bikalyonu geri çağırdım ki, sığortalasın. Amma bunu düşünməmişdim.
- Azərbaycan xalqı və futbolu üçün nə etdiyinizin fərqindəsiniz?
- Allah hər zaman xalqımızı sevindirsin. İnanın ki, belə nə etmişəm deyə, fikrim yoxdur. Sadəcə bir fikrim olub ki, azərbaycanlı olaraq üzərimə düşəni layiqli şəkildə yerinə yetirim. Hər birimizin üzərinə bir borc düşür və bunu yerinə yetirməliyik.
- Matçın sonunda Elvin Cəfərquliyev sizi qucaqladı və qulağınıza nəsə pıçıldadı. Sirr deyilsə, nə dedi?
- İnanırsınız, heç eşitmədim (gülür). Yəqin ki, heç nə deməyib, siz demişkən nəsə pıçıldayıb. Axır vaxtlarda Elvini çox sıxırdım, çox danlayırdım. Bugünkü oyuna görə yox, mənə elə gəlir ki, Elvinin bu gün ən intizamlı, ən təcrübəli oyunlarından biri və birincisi idi. Elvində müdafiədə səhvlər çox görmüşük, hücuma gedəndə müdafiəyə ləng qayıtdığını görmüşük. Ona deyirdim ki, bu kənardan bir az məsuliyyətsizlik kimi görünür. Bu gün onu tam təcrübəli futbolçu kimi gördüm. Onu başa düşürdüm. Sadəcə gücünü düzgün bölüşdürə bilmirdi. O qədər cəsarətli hücuma gedir ki, hər qurulan hücumda iştirak edirdi. Bu gün demişdim ki, biz hələ tam hazır deyilik, gücümüzü düzgün bölüşdürməliyik. Məşqlərdə ondan razı idim, birinci hissədən sonra da fikrimi bildirmişdim. Yəqin görüb ki, ondan razıyam, gəlib məni qucaqlayıb.
- Qalib gələndə hamı sizi tərifləyir, uduzanda hamı pis danışır. Amma hər zaman çox səbirlə cavab verirsiniz...
- Heç istəmərəm ki, məni tərifləsinlər. Bunu ürəkdən deyirəm. Mən sadəcə öz işimi görməyə çalışıram. Düzü, təndiq də etmələrini istəmərəm. Çünki insanıq, bilmirik ki, kimin hansı problemləri var. Bu gün siz bilmirsiniz ki, mənim hansı problemlərim var, bəlkə mənim həyatda problemlərim var, ya futbolçularımın həyatında problem var, özümüzü bəzən tam motivasiya edə bilmirik. Tərif-tərif, sonda bəzən görürsən ki, insan işində, həyatda elə səhv edir ki, o təriflər hamısı qalır geridə. İstəmərəm ki, sabah belə hallar olsun. Öz xalqımı, millətimi çox istəyirəm. Hansı tənqidlər olsa, nə olasıdır ki? Özümüzük, qardaş-bacı... Normal qəbul edirəm. Sadəcə tərif istəmirəm.
- Qış fasiləsinə 2-ci yerdə getmisiniz. Bu sizi narahat etmir ki?
- Görünən odur ki, daha çox əziyyət çəkməli olacağıq, daha çox futbolçularımızla ünsiyyət olmalı olacağıq. Çünki qrafikimiz hələ ki sıxdır, qarşımızda ciddi rəqiblər var. “Sabah” bu mövsüm çox iddialıdır, çox yaxşı performans göstərib. “Araz Naxçıvan” və “Neftçi”də də dəyişiklik olub, “Zirə” də var, “Sumqayıt” yaxşı performans göstərir. Görünən odur ki, daha çox əziyyət çəkməliyik. İstənilən oyundan öncə narahatçılığımız var. Məğlub olduğumuz oyunlar da olur. Sıx qrafikə görə rotasiyalar çox olur. Narahatçılığımız var, varsa, demək ki, məsuliyyətimiz var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
- Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
- Yuri Vernidubdan qələbə şərhi
- "Qarabağ" və "Neftçi"dən qələbə
- “Kəpəz”ə də qalib gəlsək, “Neftçi” avrokuboklar uğrunda mübarizəyə qoşulacaq”
- Edvin Kuç: “Kəpəz”i udaq, “Qarabağ”ı sonra düşünərik”
- İmad Faraj: “Oyunun tarixinin fərqi yoxdur, “Qarabağ”a qalib gəlmək istəyirik”
- Koxalskidən gözlənilməz qərar: "Qarabağ"dan getmək istədi
- Berdıyev 4 oyunluq cəzalandı
- Qurban Qurbanov: “Bu gün xarakter önəmli idi”
- “Neftçi” “Qarabağ" azarkeşlərini arenaya buraxmadığı üçün cərimələnib
- "Araz-Naxçıvan" braziliyalını transfer etdi
-
19:26
“Neftçi” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
18:45
Mourinyo: “Onlar məni 50 dəfə xain adlandırdılar”
-
18:07
Millimizin üzvü Yunanıstan Kubokunun qalibi oldu
-
17:52
"Zirə" - "Kəpəz": Heyətlər açıqlandı
-
17:39
Qvardiolaya iki oyunluq cəza
-
17:11
"Media" komandası "Dirçəliş Kuboku"nda növbəti mərhələyə yüksəlib
-
17:00
Ozobiç: “Neftçi” böyük klubdur”
-
16:24
Braziliyada final matçında kütləvi dava - 23 futbolçu qırmızı vərəqə aldı VİDEO
-
15:58
UEFA-dan “Qalatasaray” azarkeşlərinə qadağa
-
15:36
Nəriman Axundzadə artıq ABŞ-dadır
-
15:15
“Sumqayıt”ın kapitanı: “Bu sualın cavabını özümüz də axtarırıq"
-
14:43
Sport24.az saytı 9 yaşında!
-
14:27
Yeniyetmə boksçularımız təlim-məşq toplanışına start veriblər
-
13:12
Lionel Messi karyerasında 900-cü qolu vurdu
-
12:59
Futbolda yeni tibbi qaydalar tətbiq olunur
-
12:31
Millimizin heyəti və oyun cədvəli açıqlanıb
-
12:04
“Nəticələr yaxşıdırsa, Kurban Berdıyevdən necə razı qalmamaq olar?"
-
11:48
Dadaşov oynadı, komandası heç-heçə etdi
-
11:26
"Roma" səfərdə uduzdu VİDEO
-
11:13
Millimizin üzvü üçün 84 dəqiqə
-
10:50
Leandro Andrade: “Bundan da yaxşısını edə bilərik”
-
10:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:25
"Fənərbaxça"dan möhtəşəm geridönüş VİDEO
-
10:02
Cüdo millimizdən uğurlu nəticə
-
09:49
Derbini "Milan" qazandı VİDEO
-
23:38
"Qarabağ" 3 xalı 6 qolla qazandı VİDEO
-
22:43
Qurban Qurbanovdan qələbə şərhi
-
22:12
Demçenko: “Futbolçular cərimələnəcək”
-
21:27
"Neftçi"də yeni təyinat reallaşıb
-
21:05
"Qarabağ"dan böyük hesablı qələbə
-
19:59
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu
-
19:34
“Qarabağ”dan “Futbol hamı üçün” aksiyası
-
17:40
“Neftçi” “Turan Tovuz”la matçın hazırlığını başa vurub FOTOLENT
-
11:26
“Füzuli Məmmədovun gəlişindən sonra komanda daha xarakterli olub”
-
11:11
"Yuventus" ikinci hissədə coşdu VİDEO
-
10:53
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:38
Yamal "Barselona"ya qələbə qazandırdı VİDEO
-
10:12
Dadaşov oynadı, komandası qələbə qazandı
-
09:47
Derbini "Qalatasaray" qazandı VİDEO
-
23:15
Cüdoçularımız Avstriyada daha iki medal qazanıblar
-
21:58
Siyasət Əsgərov: “Ən azı 1 xal qazanmağı hədəfləmişdik”
-
19:30
Millimiz Macarıstana məğlub oldu
-
18:29
"Karvan-Yevlax" sonda sevindi VİDEO
-
18:06
Füzuli Məmmədov: “Fərqi aradan qaldırmaq üçün qələbəyə ehtiyac var”
-
17:31
Saşa İliç: “Bu, oyunçuların öz qərarıdır, qarışmamışam"
-
16:53
"Sumqayıt" qələbəni əldən verdi
-
15:47
Azərbaycanın iki idman gimnastı Dünya Kubokunda çıxışını başa vurub
-
14:22
"Karvan-Yevlax" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:14
Bu gün İstanbul derbisi var
-
12:58
“Bavariya”dan böyük hesablı qələbə VİDEO
09.03.2026
08.03.2026
07.03.2026























