23 Sentyabr 2026, Çərşənbə
“Qarabağ”dan fanşopla bağlı yenilik
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

Ehtiram Quliyevdən onlara xüsusi qayğı

“Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin Ünsiyyət klubunun daun sindromlu və autizmli üzvləri Tovuz şəhər stadionunda qonaq olublar.

Futbolxeber.az saytının məlumatına görə, uşaqlar və valideynlərlə keçirilən görüşdə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klubu üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.

“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar “Turan Tovuz” - “Sabah” oyununu izləyiblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30