13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

“Neftçi”nin 2025-ci ildəki son ev oyununun biletləri satışda

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Palms Sports Arena”da keçiriləcək “Neftçi” - “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Futbolxeber.az saytının məlumatına görə, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Noyabrın 23-də keçirilmiş “Neftçi” - “İmişli” matçına onlayn bilet əldə etmiş azarkeşlərin “Sumqayıt”la oyuna girişi sərbəst olacaq.

Xatırladaq ki, dekabrın 15-də keçiriləcək “Neftçi” - “Sumqayıt” görüşü saat 19:00-da start götürəcək.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31