23 Sentyabr 2026, Çərşənbə
“Qarabağ”dan fanşopla bağlı yenilik
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

Adil Şükürovdan uğurlu debüt: “Səbail” I pillə ilə xal fərqini azaltdı

Azərbaycan I Liqasında 10-cu tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, ikinci oyun günündə iki görüş keçirilib.

Öz meydanında “Zaqatala”nı qəbul edən lider “Şəfa” xal itirib - 1:1. Paytaxt təmsilçisi 55-ci dəqiqədə Elnur Cəfərovun qolu ilə hesabda önə keçsə də, Okan Təhməzli 74-cü dəqiqədə fərqlənməklə bölgə təmsilçisinə səfərdə 1 xal qazandırıb.

Liderin ən yaxın izləyicisi “Səbail” isə öz meydanında “Difai”ni qəbul edib. Paytaxt klubu bu matça yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə çıxıb. Təcrübəli mütəxəssisin debütu uğurlu alınıb. “Səbail” rəqibini 3:0 hesabı ilə məğlub edib. Görüşdə hesab 4-cü dəqiqədə açılıb. Rəhman Hacıyev fərqlənib. “Səbail”in digər qollarını isə Emil Qasımov vurub. Gənc forvard 88 və 90+4-cü dəqiqələrdə adını tabloya yazdırmaqla dubl müəllifi olub.

Bu qələbə sayəsində “Səbail” xallarının sayını 21-ə çatdırıb və lider “Şəfa” ilə fərqi 3-ə endirib. “Mingəçevir” və “Baku Sportinq” 19 xalla 3-4-cü yerləri bölüşdürürlər. “Zaqatala” isə 17 xalla beşincidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30