19 Sentyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Ceyhun Bayramov İtaliyada “Qarabağ”a dəstək oldu

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının 5 turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda “Qarabağ” klubu açıqlama yayıb.

Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klubun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. Görüş zamanı C.Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib.

Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır. Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30