Ölkə futbolu
Qurban Qurbanov: “8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda "İmişli"ni 2:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
Futbolxeber.az saytının məlumatına görə, o, “Çelsi” ilə qarşıdan gələn Çempionlar Liqası matçı barədə də danışıb.
- Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim, sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.
- Komandanın tam formasını bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladınız ki, komanda "Çelsi" ilə oyunöncəsi daha çox forma yığsın?
- Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.
- Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiniz?
- Tətbiq edəcəyim bir şey yoxdur, yenilik də. Futbol ötürmə oyunudur. Biz bütün diqqətimizi, işimizi onu yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. "Çelsi"nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə qarşı beşli müdafiə ilə oynayırlar, belə müdafiəni yarmaq çətindir. Tək biz şikayət etmirik. Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.
- "Neftçi" Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiniz, xaricdə II Liqadan oyunçular gətirirsiniz. Belə fikriniz olub ki, ulduz futbolçu transfer edəsiniz?
- Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçular indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə "oynayır". Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.
- "Neftçi"nin hücum xəttindən çəkinmirsiniz?
- Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər.
- Joni Montiel bu gün debüt etdi. Onun haqda fikriniz necədir?
- Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Jonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün "23-lük"də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Joninin işinə heyfim gəldi. Ona vaxt lazımdır.
- Nəriman Axundzadənin fiziki durumu 60-70 dəqiqə oynamağa imkan verir?
- Bəli. Keçən matçda oynadı. Start heyətində olmaq imkanı var. Təhlil edəcəyik. Fiziki durumu elədir ki, meydanda 90 dəqiqə qala bilər.
- Bugünkü heyəti 100 faiz "Çelsi" ilə matçın heyəti saymaq olar?
- Həyatda 100 faizlik heç nə yoxdur (gülür).
- "Çelsi" ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?
- Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. "Çelsi" dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.
- "Çelsi" ilə oyun üçün hamı bilet axtarır, amma "İmişli" görüşdə stadion boşdur. Bu, sizi üzür?
- Təkcə bizim oyuna görə yox, ümumiyyətlə, futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də motivasiya verdi. "Atletik"lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər. Bəzi çempionat oyunlarımızda biz 3-4 min azararkeş görəndə sevinirik, futbolçular sevinir ki, nə qədər azarkşeş gəlib. Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblər varsa, meydança amili, hava şəraiti, onlardan biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar.
- Kontenin 2017-ci ildəki "Çelsi"si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?
- Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün "Çelsi" daha yuxarı səviyyədədir, Kontenin "Napoli"si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
-
19:00
Boks millimiz Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır
-
18:43
Asim Xudiyevə UEFA-dan yeni təyinat alıb
-
17:35
Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib
-
17:16
"Trabzonspor" Salahla müqavilə imzaladı
-
16:51
"Kürü keçək?! 5"də rekord sayda üzgüçü
-
16:28
AFFA rəsmisinə UEFA-dan təyinat
-
16:02
"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?
-
15:49
"Turan Tovuz" serbiyalı müdafiəçi transfer etdi
-
14:37
Vera Klimoviç Azərbaycan klubunda
-
14:14
"Araz-Naxçıvan" Slavik Alxasovla yollarını ayırıb
-
14:00
DÇ-2018-in qalibi: “Qəbələdə meydançalar əladır”
-
13:23
“Qarabağ” akademiyasında məşqçi təyinatları
-
12:55
Dünya çempionatından sonra "More Than Medals World" layihəsinə start verilib
-
12:16
Sabiq “Araz-Naxçıvan”lı: “Buna görə də “Qarabağ” “Dinamo”ya qarşı daha əsəbi olacaq”
-
11:31
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışa çıxır
-
11:08
"Nyukasl"ın yeni baş məşqçisi müəyyənləşdi
-
10:42
Salahı Trabzonda 25 min azarkeş qarşıladı
-
10:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:17
"Fənərbaxça" "Şturm"u məğlub etdi VİDEO
-
09:54
"Mingəçevir"də yeni baş məşqçi
-
09:30
"Qarabağ" Kiyev "Dinamo"suna qarşı
-
19:12
Qızlardan ibarət basketbol millimiz İslandiyaya uduzub
-
18:06
"Kəpəz" qapıçısısı ilə müqaviləni yenilədi
-
17:28
"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib
-
16:53
"Qarabağ" Polşaya yollandı
-
16:30
Azərbaycan II Liqasının püşk atıldı
-
16:19
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
-
15:44
Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar
-
15:21
Dünya çempionatında 14 cüdoçu ilə təmsil olunacağıq
-
14:37
"Kəpəz"də yeni müqavilə
-
14:05
“Turan” heyətini kubalı voleybolçu ilə gücləndirib
-
13:52
Boksçularımız Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar
-
13:16
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
-
12:48
Qurban Qurbanov: “Səfərə yaxşı nəticə üçün gedirik”
-
12:23
Zamiq “Şemrok Rovers”ə qarşı oynadı
-
12:00
“Çelsi” bu qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır
-
11:39
"Gəncə"də yeni müqavilə
-
11:14
Amerikalı hücumçu Azərbaycan klubunda
-
10:51
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"LANDAU Lions" amerikalı legionerlə güclənib
-
09:45
“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi
-
23:33
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
-
23:00
Sxadadze: "Yeni mövsümə heç 70 faiz də hazır deyilik"
-
21:56
Ehtiram Quliyev: “Keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük”
-
20:27
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
-
20:08
"Turan Tovuz" 2 milyon dollarlıq tərəfdaşlıq müqaviləsi imzaladı
-
19:44
“Karvan-Yevlax”dan yeni transfer
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
06.08.2026
05.08.2026
04.08.2026
























