12 Mart 2026, Cümə axşamı
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Ölkə futbolu

Ernesto Valverde: "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik"

"Bizə erkən qol vurulsa da, sakitliyimi qorudum. Qarşımızda hələ bütün oyun var idi. Oyuna bir qədər tələsik başladıq, sanki ikinci qolu birincidən əvvəl vurmaq istəyirdik. Amma epizodlar yaratmağa davam etdik və bu, həlledici amil oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Atletik"in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasını Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri matçdan (3:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis görüşdəki geridönüşlərini belə şərh edib:

"Bir anda nəzarəti itirdik və rəqib cərimə meydançamıza yaxınlaşmağa başladı. Fasiləyə qədər hesabı bərabərləşdirməyimiz vacib idi, çünki nəticədə geridönüş edə bildik. Bizim üçün qələbə çox önəmli idi. Qollar vurduq və oyunun taleyini dəyişdik, bu isə Çempionlar Liqasında asan deyil.

Biz "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik. Cərimə meydançasına yaxın olduğun zaman gərginliyi rəqibə ötürmək lazımdır. Qapımıza vurulan qolda topu oyuna çıxararkən özümüzü çətin vəziyyətə saldıq, bu da hiss olunurdu, qol bir qədər qəribə alındı. Digər epizodda Yuri topu qapı xəttindən çıxardı, bu da bizim üçün çox vacib an idi”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31