Ölkə futbolu
Qurban Qurbanov: "Benfika" ilə matçdakı geridönüş burada da ola bilərdi"
"Rəqibi təbrik edirəm. İlk qələbələrini qazandılar. Azarkeşlər üçün çox baxımlı oyun alındı. Əlbəttə, istərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Sona qədər mübarizə apardıq. Futbolçularım bunu bacardılar. Bu gün oyundan əvvəl söylədiklərimizin şahidi olduq. Rəqib çox yüksək sürətli komanda idi. Futbolçularım üçün heç də asan deyildi. Amma rəqib qarşısında möhkəm dayandılar".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"lə matçdan (1:3) sonra təşkil edilən mətbuat konfransında deyib.
Mütəxəssis jurnalistlərin suallarını cavablandırmazdan əvvəl oyun haqqında ümumi fikirlərini bölüşüb:
- 1:2-dən sonra daha çox riskə getdik, boşluqlar yarandı. Nəticədə də standart vəziyyətdən 3-cü qolu gördük. Get-gedə daha güclü rəqiblər gəlir, məsuliyyət artır. Çünki istənilən rəqib qalib gəlmək, xallarının sayını çoxaltmaq istəyəcək. Buna hazır olmalıyıq. Yenə də birincisi intizamlı oynamağa, ikincisi isə çəkinmədən, yaxşı mübarizə aparmağa çalışacağıq. Sizlər də sağ olun ki, bu gün yanımızdasınız. Azarkeşlərə də təşəkkür edirəm ki, bizi tək qoymadılar. Biz onların "Qarabağ" şüarlarını eşitdik.
- Bu oyunu "Benfika" ilə matçla necə müqayisə edərdiniz? Orada da təzyiq var idi, burada da. "Atletik"lə matç başqa cür nəticələnə bilərdimi? Nə çatmadı?
- Bəlkə də indi fikrimi tam bildirə bilmərəm. Oyuna baxdıqdan sonra öz düşüncələrimi daha yaxşı açıqlaya bilərəm. Lakin hər bir halda "Atletik" 90 dəqiqə ərzində dinamikanı qorudu, təzyiq göstərə bildi. Həm toplu, həm topsuz. Digər tərəfdən hansısa komandanı digərindən fərqləndirmək istəmirəm. Bu daha güclü idi, o biri daha zəif idi - belə bir fikir yoxdur. "Benfika" ilə matçdakı geridönüş burada da ola bilərdi. Çünki 2-ci hissəyə çox yaxşı başladıq. Həm penalti epizodumuz, həm yaxşı hücumlarımız oldu. Sadəcə bir az dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən bir az yuxarı idi. Ona görə də əllərinə düşən fürsətlərdən istifadə edə bildilər. Bəlkə də "Atletik"lə oyunda futbolçularımız daha çox güc sərf etdilər. Daha çox təzyiq var idi.
- Hansı anı oyunun qırılma anı kimi qiymətləndirərdiniz?
- Hesab 1:1 olarkən 2-ci qolu buraxanda istər-istəməz futbolçularda inam bir az itir. Buna baxmayaraq, geri çəkilmədik, əksinə, daha çox hücumda oynamaq istədik. Məğlubiyyətin səbəbini özümüzdə axtarıram. Çünki bəzi epizodlarda daha soyuqqanlı olmaq lazım idi. Rəqib üçün bu, daha rahat idi. Çünki onlar il ərzndə belə təzyiqdə, dinamikada oynayırlar. Bizdə isə böz çempionat matçlarımızı nəzərə alsaq, belə oyunlara hazırlıq bir o qədər də yüksək səviyyədə keçmir. Penalti epizodu da qırılma anı ola bilərdi. Bəziləri var idi dedilər, bəziləri yox idi. Düzdür, mən özüm dəqiq görməmişəm. Deməli, bu gün məğlubiyyətə daha çox layiq idik.
- Bu il komandaya həddindən artıq diqqət var. Növbəti rəqiblər, işiniz çətinləşir. Qələbələrinizdən sonra rəqiblər sizə qarşı ikiqat yox, üçqat, dördqat çox hazırlaşırlar. Belə halda uğurlu çıxışı davam etdirmək, futbolçuları psixoloji baxımdan hazır saxlamaq nə qədər çətindir?
- Əfsuslar olsun ki, futbolçuların idman formasını belə sürətli oyunlarla və ya yaxşı məşqlərlə yüksəldirsən. Amma oyun qrafiki sıx olanda, nə futbolçunun məşq etmək üçün vaxtı yaranır, nə də istirahət etmək üçün. Bu, təkcə bizdə deyil, hazırda bütün dünya futbolunda belədir. Çünki hər 3-4 gündən bir oynayırsan. Bizim üçün heç də asan olmur. Biz bunu dünya futbolunda görürük. Bəzən azarkeş daha sürətli, baxımlı futbol izləmək istəyir. Bir çox komandalarda zədəli oyunçular artır. Bu, sıx qrafiklə əlaqədardır. Yenə də biz neçə illərdir ki, təcrübə yaşayırıq. Çalışırıq ki, hansısa detallarla futbolçuları ələ alaq, idman formalarını yaxşılaşdıraq. Görünən odur ki, biz ancaq belə oyunlarla öz sürətimizi, mübarizəni saxlaya bilərik. Çünki Bakıdakı oyunlarımızda bu cür azarkeş təzyiqi, sürət yoxdur. Çox azdır. Bəzi tapşırıqlarımızla, motivasiya verməklə, Bakıda isə azarkeş dəstəyi ilə sürəti qorumağa çalışırıq. Amma asan deyil.
- Strateji baxımdan "Atletik"ə uduzmadıq, amma oyunda məğlub olduq. Sizcə, səbəb nədir?
- Rəqibin futbolçularının ustalığı bizi üstələyirdi. Bəlkə də bizim istəyimiz daha çox idi. Daha çox əziyyət çəkdik, qələbə qazanmaq istəyirdik. Çünki son vaxtlar həm öz ölkəmizdə, həm Avropada bizə diqqət çox idi. Ən azından yaxşı mübarizə aparmaq istəyirdik. Bunu bacardıq. Amma dediyim kimi, "Atletik" ən sürətli hücumlar edən komandalardan biridir. Biz 90 dəqiqə ərzində bunu hiss etdik. Futbol səhvlər üzərində qurulub. Kiçik detallar məğlubiyyətə gətirib çıxarır. Buna da bizi rəqib məcbur edir. Rəqibə də dəyər vermək lazımdır. Bəlkə də bu gün qələbə onların haqqı idi. Onlar da çox istəkli idilər. Hər bir halda bunlar böyük oyunlardır. Kiçik səhvlər məğlubiyyətə yol açır.
- Elvin Cəfərquliyev və Nəriman Axundzadə sanki oyuna köklənə bilmirdilər. Sosial şəbəkələrdə də onlar haqqında fikirlər bildirilib...
- Məğlub olanda bəzən həm məsləhətlər çox olur, həm fikirlər. Oyun da daha çox analiz edilir. Bu, normaldır. İllərdir ki, görürük. Biz öz yerli futbolçularımızı böyütmək, onlara güvənmək istəyirik. Bu gün Elvin, Nəriman, Bəhlul, Toralla rəqibə təzyiq yarada biliriksə, sevinməliyik. İkincisi isə onlara inanmalı, güvənməliyik. Bir futbolçuya il ərzində təzyiq varsa və o, meydana çıxıb özünü 90 dəqiqə normal idarə edə bilirsə, çox böyük iş görür. Ümumiyyətlə, son vaxtlar Nərimana o qədər təzyiq göstərilib ki... İnsanın 21 yaşı var. Mən bir məşqçi olaraq onun yanında durmalıyam. Nərimanın potensialını daha da açmağa çalışmalıyıq. Zədələndiyi vaxta qədər olan müddətə baxsaq, bəlkə də Nəriman bizim qruplara düşməyimizdə ən böyük pay sahiblərindəndir. Həm qollar vurub, həm qol ötürmələri verib, mənim tapşırıqlarımı yerinə yetirib, rəqibə pressinq edib. Amma azarkeşlərə də haqq qazandırmaq lazımdır. Onlar daha yaxşısını gözləyirlər. İlk olaraq məndən, daha sonra kollektivdən. Amma bizim bugünkü uğurlarımız o uşaqların ürəklərini meydana qoyması ilə qazanılan nəticələrdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























