11 Iyun 2026, Cümə axşamı
“Qarabağ”ın istirahəti başa çatdı
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi

Ölkə futbolu

Abubakar rəsmən “Neftçi”də

"Neftçi" ulduz futbolçu Vensan Abubakarla müqaviləni rəsmiləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Paytaxt təmsilçisində "45" nömrəli formada çıxış edəcək Kamerun millisinin hücumçusu ilə "1+1" illik müqavilə bağlanıb.

Sonuncu klubu "Hatayspor" olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, "Portu" ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), "Beşiktaş"la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30