7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

Ayxan Abbasov: “Portuqaliya və Bolqarıstana qarşı yaxşı mübarizə aparacağıq”

Azərbaycan U-21 millisinin baş məşqçisi Ayxan Abbasov Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında görüşə yaxşı hazırlaşdıqların deyib:

“Portuqaliya ilə oyun bizim ilk rəsmi matçımız olacaq. Səfərdə Portuqaliya, ardından isə evdə Bolqarıstan yığması ilə qarşılaşacağıq. İlk rəqibimiz Portuqaliya çox güclü komandadır. Son Avropa çempionatında iştirak edən U-21 komandasından hazırda 9 futbolçu heyətdələrindir. Böyük klublarda çıxış edən futbolçuları var. Amma biz də matça yaxşı hazırlaşırıq. Belə böyük rəqiblərlə qarşılaşmaq futbolçularımızın gələcəyi üçün önəmlidir. İnanıram ki, həm Portuqaliya, həm də Bolqarıstanla görüşdə yaxşı mübarizə aparacağıq”.

Qeyd edək ki, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq Portuqaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30