7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

“Neftçi” - “Turan Tovuz” oyununda yanlış hakim qərarları

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilmiş “Neftçi” - “Turan Tovuz” matçında baş hakim Əliyar Ağayevin mübahisəli qərarlarına türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnel münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi”nin mətbuat xidməti bununla bağlı videomaterial hazırlayıb.

Bitnel 55-ci dəqiqədə İqor Ribeyroya göstərilən mübahisəli qırmızı vərəqəni, 21-ci dəqiqədə Bassala Sambunun rəqibin müdaxiləsi ilə cərimə meydançasında yerdə qaldığı anda mümkün qayda pozuntusunu və 11-ci dəqiqə İmad Faraja qarşı aşkar kobudluğa rəğmən, hakimlərin heç bir sanksiya tətbiq etmədiyi epizodu dəyərləndirib. 

“Neftçi” “Turan Tovuz”la oyundakı hakim səhvlərinə etirazını bildirib. Ötən mövsüm yanlış hakim qərarlarından əziyyət çəkən klub bu mövsüm eyni səhvlərin təkrarlanmağını istəmir. Bununla əlaqədar olaraq “Neftçi”nin AFFA və PFL-ə müraciət ünvanlayacağı da gözlənilir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30