6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Ölkə futbolu

Mübariz Mənsimov: “İnşallah, bir gün “Xəzər Lənkəran” bərpa olunar və...”

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov sahibi olduğu “Xəzər Lənkəran”ın sabiq hücumçusu Oqtay Dərəlioğlu ilə görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, M.Mənsimov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bir zamanlar yalnız Azərbaycanın deyil, həm də Türkiyənin tanıdığı və böyük hörmət etdiyi əfsanəvi futbolçu, “Xəzər Lənkəran”ın önəmli oyunçularından biri olan Oktay Derelioğlu mənim qonağım oldu. Söhbətimiz zamanı təkcə futbolun bugünkü vəziyyətindən deyil, həm də Azərbaycan futbolunun son illərdə qazandığı uğurlardan danışdıq. Bu anlar mənim üçün çox dəyərli idi. İnşallah, bir gün yenidən “Xəzər Lənkəran” klubumuz bərpa olunar və biz Oktay Derelioğlu kimi dəyərli futbolçumuzu həm də baş məşqçi kimi komandamızın sükanında görərik”, - deyə Mənsimov bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30