Ölkə futbolu
Qurban Qurbanov: “Məsuliyyətimiz daha da artdı”
Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə adlayıb.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi pley-off mərhələsinin "Ferensvaroş"la Bakıdakı cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, ilk oyundakı 3:1 hesablı qələbəsi sayəsində əsas mərhələyə yüksəlib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılamadan sonra keçirilən mətbuat konfransında ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb:
- Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə şükür Allaha Çempionlar Liqasının əsas mərhələsinə düşə bildilər. Hər birini təbrik edirəm. Cənab Prezident də bizi təbrik edib. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir bizim kimi, o da Azərbaycanın “Qarabağ”ını burada, belə bir böyük turnirdə görmək istəyirdi. Başda cənab Prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bir daha bu da göstərdi ki, gözü bizim üzərimizdədir. Məsuliyyətimiz daha da artdı. Futbolçularıma qayıdaraq deyim ki, gərgin matç oldu. Bu gün stadionumuz tam başqa idi. Çoxdandır bu cür atmosfer görməmişdim. Biz nə qədər gərgin idiksə, azarkeşlər də elə idi. Onlara təşəkkür edirəm. Bəlkə də bu nəticəni ən çox haqq edən onlar idi. Belə qalibiyyəti istəyirdilər. Sizlərə təşəkkür edirəm. İllərdir, həm yaxşı yazılarınızla, həm bizim yanımızda olmaqla, kollektivin, ailənin üzvüsünüz.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibin qıcıqlandırıcı açıqlamaları var idi. Siz, oyundan öncə futbolçularınıza nə dediniz?
- Kartlarım həmişə açıqdır. Fikirlərim hansı yöndə gedirdisə, mətbuat konfransında demişdim. Daha çox soyquqanlı davranmalı olduğumuzu, rəqibin qıcıqlandırıcı müsahibələrinə fikir verməməli olduqlarını demişdim. Bunu düşünərək işimizi qursaq, uğur əldə edə bilmərik. Belə böyük oyunlar soyuqqanlılıq tələb edir. İstək çox olsa, futbolçular "yana" bilərlər. Daha çox cəsarət, ağıl tələb etmişəm. Həm cəsarətli, həm ağıllı olmaq daim vacibdir. İstənilən nəticədə oyundan qopmalı deyildik.
- Liqa mərhələsində hansı stadionda oynayacaqsınız?
- Düzünü desəm, hələ belə qərar verilməyib. Bəlkə, məni aşan məsələdir. Ola bilər ki, hamı bu işdə iştirak etməlidir. ÇL-in çox ciddi tələbləri var, həm ot örtüyü, həm də əlavə lazım olan detallar. BOS-dakı durumu bilmirəm. Qalan şeylər qaydasındadır. Sadəcə orada son vaxtlar tədbirlər olub. Həm AFFA, həm digər qurumlar tərəfindən təklif olarsa, orada oynamağa hazırıq.
- "Qarabağ" tarixində ikinci dəfə ən şirin məğlubiyyəti aldı. 8 ildən bu tərəfə nə dəyişdi?
- İldən-ilə hər şey dəyişir, futbol da dəyişir. Sadəcə 8 ildən sonra o turnirə qatılmaq... Futbolun dəyişən tərəflərini xırdalasam, bizim üçün böyük problemlər ola bilər. Bəzən xarakter, bəzən birlik belə uğur əldə etməyə gətirib çıxarır. Öz həyatımızda nə dəyişirsə, işdə, geridə qalan illərdə o dəyişiklik olur.
- Bu məğlubiyyət sizin üçün gözlənilirdi? Bu gün olması daha yaxşı idi, nəinki növbəti matçlarda? Komanda ilə ayrıca söhbət edəcəksiniz?
- Mən bəlkə bu cür oyunlara fərqli yanaşıram. Oyunlar olub, uduzmuşuq, amma şərəfli uduzmuşuq. "Ferentsvaroş" da çox bərk komanda idi. Onlar bu gün bu qələbəni haqq edirdilər. Eləcə də ÇL-də oynamağı. Öz futbolçularıma irad bildirməyəcəm. Geridə qalan günlərdə, son 3 gündə onların yanında idim. Hansı hisslər keçirdiklərini gözəl bilirdim. Oyun yaxınlaşdıqca gərginlik çoxalırdı. Mənim özümdə də gərginlik var idi. Futbolçular bunu bəlkə hiss edirdilər. Özümü tam rahat, soyuqqanlı apara bilmirdim. Yəqin hiss edirdilər. Onları təbrik etdim, bağrıma basdım. Sabah bazada bir daha bağrıma basacam.
- 2017-ci ildə ÇL-ə düşəndə "Qarabağ" sonra 3 futbolçu ilə gücləndi. Həm transfer oldu, həm də icarə əsasında heyətə futbolçu qatıldı. Bu dəfə də eyni variant mümkündür?
- Futbolçularımızın sayını çoxaltmaq istəyirik. Xüsusilə də, hücum xəttində. Hər gün işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Transfer xətrinə transfer istəmirdik. İstədiklərimiz alınmasa, ən azından siz deyən varianta gedərik ki, ölkə daxilində problemlərimiz olmasın. Yükləmələrimiz çoxalacaq. Bu gün bu hiss olunurdu. ÇL-də 5 oyun oynamaq çox böyük yükləmədir. Həm fiziki, həm də psixoloji tərəfdən. Get-gedə çoxalacaq. Allah qorusun, zədəsi var. Futbolçu sayı lazım olacaq ki, hər iki turnirdə sağlam oyunçuları əlimizdə saxlayaq. Olsa edəcəyik, olmasa, bu futbolçularla davam edəcəyik. Ancaq çox ciddi iş gedir.
- "Braqa" ilə oyundan sonra sual vermişdim ki, növbəti dəfə sizin sevinc göz yaşlarınızı görmək üçün “Qarabağ” hansı uğura imza atmalıdır? Bu gün o sevinc göz yaşlarını gördük. İstədim sualımı təkrarlayım: Qurban Qurbanovun sevinc göz yaşlarını görmək üçün “Qarabağ” hansı uğura imza atmalıdır? Bu, Liqa mərhələsində ilk qələbə ola bilərmi?
- Göz yaşlarımı necə gördünüz? Gizlədirdim axı (gülür). Özümü saxlayırdım. Təki, belə sevinc göz yaşları olsun. Emosiyalardan irəli gələn bir şeydir. Hər bir halda, çalışmalıyıq ki, bu uğurla dayanmayaq. Yeni uğurlar əldə edək. Bunun üçün daha çox iş saatı lazım gələcək. Yorulmamışıq, gücümüz var. Daha çox çalışmalıyıq. Göz yaşları adi çempionat oyununda ola bilər. Mən özüm istəmirəm ki, belə hal olsun. Amma qaçılmazdır. Bu, dünya futbolunda da olan maraqlı hadisədir. Görək də.
- Emmanuel Addai sanki zəif idi. Artıq çəki də hiss olunurdu...
- Gəlin, bu gün heç bir futbolçunu müzakirə etməyək. Bu gün mənə sərbəstlik verin. Addai oyuna pis qoşulmadı. Meydanda olduğu 15-20 dqəqiqə gərginlik yaratdı. Çəkisi də normaldır. Belə oyunlarda sonradan meydana çıxmaq heç də asan deyil. Bu gün heç bir futbolçu haqda irad bildirmək istəmirəm. Hamısının bugünkü uğurda çox böyük payı var.
- Bu qələbəni necə qeyd edəcəksiniz?
- Mənim rayondan qardaşlarım gəlib. Bəlkə də harada oturacaqlarını yazıblar. Ora gedəcəyəm (gülür). Musa müəllim aşağıya düşdü. Aşağıda məni qucaqladı. Böyük qardaşımın yanına gedəcəyəm, onları qucaqlayacam.
- U-19 komandanız da ÇL-də iştirak edəcək. Planlarlar müzakirə olunacaq?
- Lazım olsa, Aftandil müəllim, ya baş məşqçi dialoq aparsa, fikir bildirə bilərəm. Amma məncə, ehtiyac yoxdur. Belə oyunlarda sərbəstlik daha önəmli olur. Klub və mən onların yanında olmağa çalışacağıq.
- ÇL-də konkret hədəf nə olacaq?
- Qrupdakı hədəf haqda düşünməmişdim. Hədəf ora düşmək idi. Püşk atılsın, sonra fikir bildirərik. Bu cür oyunlar ölkə futboluna inamı daha da çoxaldır. Futbolçular daha da böyüyür. Çox böyük təcrübədir. Hər bir futbolçunun arzusudur ki, ən böyük turnirdə iştirak etsin. Ən azından 3-4 böyük klub olacaq, onların 1-2-ni Bakıda görəcəyik. Bu da futbolun sevilməsi üçün böyük addımdır. Həm AFFA, həm klublar, həm dövlət səviyyəsində ola bilər ki, futbola daha da böyük maraq olsun. Bunu hamının canlı görməsi bizim işimizə rahatçılıq gətirir. ÇL-ə kənardan TV-dən baxırıq. Amma böyük insanlar, böyük işlər görəndə, fərqli olur.
- Bir neçə ay əvvəl düşərgəsində olduğunuz, həm də azarkeşi olduğunuz "Barselona" ilə qarşılaşmağı necə təsəvvür edirsiniz?
- Bilmirəm. Amma hər şey ola bilər. “Barselona” ilə qarşılaşmaq mənim üçün böyük təhlükə ola bilər. Amma sizlər və azarkeşlərə görə sevinərəm ki, onlar Bakıya gələcəklər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
06.11.2026
05.11.2026
04.11.2026
























