Ölkə futbolu
"Azərbaycanı İraqa, Əfqanıstana bənzədirdim"
"Legionerlər Azərbaycan"da rubrikasının növbəti qonağı "Qəbələ" FK-nın braziliyalı yarımmüdafiəçisi Lourival Rodriges Assisdir. 29 yaşlı futbolçu ölkəmizdə xanımı Şeyla və oğlu Lohanla birgə yaşayır. Müsahibə zamanı onların hər üçü ilə görüşmək imkanımız oldu. Düzdür, 3 yaşlı Lohana bizə heş nə demədi, amma atası ilə anası suallarımızı ətraflı cavablandırdı.
"Azərbaycanı İraqa, Əfqanıstana bənzədirdim"
- Azərbaycana köçmək, burada yaşamaq qərarını necə qəbul etdiniz?
Şeyla: Düzü, Azərbaycana gəlmək istəmirdim. Çünki buranı İraqa, Əfqanıstana bənzədirdim. Elə bilirdim Azərbaycanda qızğın döyüşlər gedir. Ancaq sonra dostlardan, tanışlardan ölkəniz haqqında ətraflı məlumat topladıq. Təbii ki, əvvəllər bura uyğunlaşmaq bir qədər çətin oldu.
- Kişilər qadınlara nisbətən yeni şəraitə daha tez uyğunlaşırlar. Bu mənada, Azərbaycanda üzləşdiyiniz ən böyük çətinliklər hansılar olub?
Şeyla: Ən böyük çətinlik qida ilə bağlıdır. Burada Braziliya mətbəxi yoxdur. Uşaq üçün yeməklər alırıq, ancaq bu da ürəyimizcə olmur.
- Bəs vəziyyətdən necə çıxırsınız?
Lourival: Braziliyadan gələndə özümüzlə yemək gətiririk. Bir baqaj ancaq ərzaqlara gedir. Bəzən 3-4 aylıq azuqə ehtiyatını birdən görməli oluruq. Sözsüz ki, bütün ərzaqları Braziliyadan bura gətirməyə ehtiyac yoxdur. Məsələn, Braziliyadakı düyü ilə burdakı oxşardır. Lakin vətənimizdə çox sevdiyimiz lobyadan Azərbaycanda yoxdur.
- Yəqin ki, ölkəmizə gələndə Braziliyada məşhur olan qəhvə də gətirirsiniz?
Lourival: Yox, buradakı qəhvə xoşumuza gəlir.
"O, məni 15 ildir sevirmiş, xəbərim olmayıb"
- Nə zaman tanış olmusunuz? Neçə ildir ailəlisiniz?
Lourival: Braziliyada eyni şəhərdə doğulub, boya-başa çatmışıq. Evlərimiz də bir-birinə yaxın olub. Yoldaşım məni 15 ildir sevirmiş, mənim xəbərim olmayıb (gülür). Onun məni sevdiyini biləndə, münasibətimizi rəsmiləşdirdik. Amma ailə qurandan 1 ay sonra futbolçu karyerama görə başqa ölkəyə köçdüm. Düz 5 il belə yaşamalı olduq. İldə 1-2 dəfə evə gəlmək imkanım olurdu. Artıq 7 ildir evliyik. Oğlumuzun 3 yaşı var.
- Lourival, səni yaxşı tanısaq da, xanımın barədə məlumatsızıq.
Lourival: Şeyla evdar xanımdır. Ərinin, oğlunun qayğısına qalmağı sevir. Boş vaxtlarında üzgüçülüyə, fitnesə gedir.
- Asudə vaxtlarınızı necə keçirirsiniz?
Lourival: Yay fəsli bizim üçün daha maraqlıdır. Çünki yayda ailəvi Qəbələni gəzirik, görməli yerlərdə oluruq. Qışda əsasən oteldə qalırıq. “Qəbələ”nin oyunları Bakıda keçiriləndə isə matçdan sonra imkan tapıb, şəhəri gəzməyə çıxırıq.
- Lourival Rodriges Assisi necə xarakterizə edərdiniz?
Şeyla: O, çox güclü xarakterə malikdir. İstəyir ki, həmişə övladı üçün nümunə olsun.
"Anam 7-8 il sürən ağır xəstəlikdən sonra vəfat etdi..."
- Braziliyanın ən çox nəyi üçün darıxırsınız: karnavalı, çimərliyi, yoxsa...
Lourival: Dənizkənarı üçün çox darıxıram. Çünki ailəmlə sahilə tez-tez gedirik.
Şeyla: Mən karnaval üçün qəti darıxmıram.
Lourival: Yəqin ki, karnavalda çoxlu qızlar olduğuna görə belə deyirsən (gülür).
- Əksər qadınlar futbolu sevmirlər, hətta bu idman növünə nifrət edirlər. Bəs Şeyla, sizin futbola münasibətiniz necədir? Lourivala görə futbola baxırsınız, yoxsa əvvəllər də rəğbətiniz olub?
Şeyla: Mən həqiqətən də futbolu sevirəm. Lourivalın bütün oyunlarını izləyirəm, “Qəbələ”yə azarkeşlik edirəm. Yeganə problem odur ki, Azərbaycanda stadionlara qadınlar gəlmirlər.
- Ailənin oyunu izləməsi səndə ruh yüksəkliyi yaradırmı?
Lourival: Əlbəttə. Həyat yoldaşım və oğlum stadionda olanda, daha yaxşı çıxış etməyə çalışıram. Qol vuranda, həmişə ailəmə doğru qaçıram.
- Lourival, səni “Qəbələ”nin legionerlərindən fərqləndirən bir cəhət də dinə çox bağlılığındır. Bu sevgi haradan irəli gəlir?
Lourival: Mənim anam 7-8 il ağır xəstəlikdən əziyyət çəkib və 2005-ci ildə dünyasını dəyişib. O, vəfat etdikdən sonra həyata baxışım dəyişdi. Anamla birgə bütün arzularımı dəfn etdim. O, mənim həyatdakı uğurlarımı görmədi. Məsələn, istərdim ki, anam necə xoşbəxt ailəm olduğunu, oğlumun doğulduğunu, Azərbaycanda oynadığımı görsün. Burada onunla birlikdə yaşamaq istərdim. Anam dünyasını dəyişən zaman arzuolunmaz hisslər yaşadım, insanlara qarşı münasibətim pisləşdi. Yaxşı ki, sonra özümü toparlaya bildim, nəticədə dinə meylləndim, insanlara kömək etməyə başladım. İndi dini, insanları, xoş əməlləri sevirəm. Din özümə nəzarət etməyə yardımçı olur. Dodo, Dieqo Lopes Kruz, Dieqo Kosta Silvaya da dinin müsbət tərəfləri barədə danışıram, onlarda dinə sevgini artırmaq istəyirəm.
- Bir çox braziliyalılar xarici dilləri çox tez qavrayırlar. Bu baxımdan, Azərbaycan dilini öyrənmək planınız varmı?
Lourival: Azərbaycanca bir neçə söz bilirəm: "nejəsən", "yaxşi", "pis". İki ay öncə ingilis dilini öyrənməyə başladım. Fikrim var ki, ingilis dilindən sonra Azərbaycan dilini də öyrənim. İstəyirəm ki, Azərbaycanda yerli əhali ilə ünsiyyətə girim, onlara kömək edim. Yardımsevərlik mənim ürəyimdən gəlir.
"Qəbələ"nin avrokuboklara çıxmaq şansı var"
- Lohan özünü çox sakit aparır. Xaraktercə kimə oxşayır?
Şeyla: Məncə, Lohan xarakterinə görə atasına bənzəyir. Yemək və ya digər maddi ehtiyacları olanda məni, oynamaq istəyəndə isə Lourivalı çağırır.
- Oğlunuzun gələcəyi ilə bağlı nə hansı planlarınız var?
Şeyla: Lohan indidən futbol oynamağa başlayıb. Ancaq böyüyəndə futbolçu olmasını istəmirəm. Çünki futbolçu olarsa, 10-11 yaşından etibarən evdən, ailədən uzaqda yaşamalı olacaq.
Lourival: Mənim üçün isə fərqi yoxdur. Əsas odur ki, yaxşı insan kimi yetişsin, əsl kişi xarakterli olsun. İstənilən sahədə ona dəstək verməyə hazırıq. Sözsüz ki, onu futbolçu olmasını istərdim. Ancaq Lohanı heç nəyə məcbur etməyəcəyik.
- Braziliyada təkuşaqlı ailələrə nadir hallarda rast gəlinir...
Lourival: Biz də ikinci övladımızın doğulmasını arzulayırıq. Birinci dəfə həm Şeyla, həm də mən oğlan istəyirdik. İndi hər ikimiz qız övladı diləyirik. Ancaq yenə oğlumuz olsa belə, razı qalacağıq.
- Şeylanın mətbəxlə arası necədir?
Lourival: Şeyla yemək bişirməkdə peşəkardır. Hər ikimiz stroqonof-lazaniya xörəyini sevirik. Bu, Braziliyanın milli xörəyidir, cücə və kremdən hazırlanır.
- Azərbaycan xörəklərindən hansıları dadmısınız?
Şeyla: Mən daha çox düyü ilə lobyanı xoşlayıram. Azərbaycan mətbəxini, demək olar, bəyənmirəm. Yalnız kababı məmnuniyyətlə yeyirəm.
Lourival: Şeyladan fərqli olaraq, mənim üçün prinsipial fərq yoxdur. Azərbaycan yeməklərini də rahat yeyirəm.
- Sonda "Qəbələ" klubu barədə də fikirlərinizi öyrənmək istərdik. Sizcə, komandamız Premyer Liqanı neçənci pillədə başa vuracaq?
Şeyla: Lourival oynasa, "Qəbələ" avrokuboklara vəsiqə qazanacaq (gülür).
Lourival: Mən də bu mövzuda nikbinəm. Hesab edirəm ki, bu heyətlə "Qəbələ" bir sıra uğurlara nail ola bilər. Tam səmimi deyirəm, klub futbolçular üçün bütün şəraiti yaradıb. “Qəbələ”də işlər peşəkarcasına görülür. Klubun əla meydançaları, infrastrukturu var. Avropamiqyaslı yarışlarda iştirak hüququna yiyələnmək üçün şansımız azda olsa var. Sadəcə, bu imkandan istifadə etmək lazımdır.
gabalafc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
13:17
Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
-
12:58
Millimiz üçün yeni rəqib tapıldı
-
12:01
ÇL: “Sabah”ın oyunları polyak və israilli hakimlərə tapşırıldı
-
11:49
Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıblar
-
11:25
Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat aldı
-
10:34
"Qarabağ" "Vestri"yə səfərdə də şans tanımadı VİDEO
-
10:13
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır
-
09:52
DÇ-2026: Finalın hakimləri açıqlandı
-
09:26
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
03:00
Qurban Qurbanov: “ÇSKA ilə oyuna daha yaxşı hazırlaşmalıyıq”
-
02:17
"Zirə"nin Kutaisi zəfəri VİDEO
-
01:48
"Qarabağ" səfərdə də qalib gəldi
-
00:51
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi müəyyənləşdi
-
00:39
Güləşçimiz Macarıstanda çempion oldu
-
00:25
Rəşad Sadıqov: “Torpedo” ilə qarşılaşmaq istəmirdik”
-
22:41
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
-
21:50
"Zirə" növbəti mərhələyə yüksəldi
-
17:38
“Neftçi” və “Sea Breeze” arasında əməkdaşlıq davam edəcək
-
17:04
"Kəpəz"dən növbəti transfer
-
16:19
FIBA Avropa Kuboku: "Gəncə"nin rəqibləri bəlli olub
-
15:46
Azərbaycan üzgüçüsü Sofiyada gümüş medal qazanıb
-
15:23
"Araz-Naxçıvan" yeni hücumçu transfer etdi
-
14:57
Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olunub
-
14:32
“Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq
-
14:00
Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün cəzalandırılıb
-
13:41
Rəşad Rəsullu: “Hər çəkidə medal qazanacağımızı deyə bilmərik”
-
13:25
Elnur Məmmədli: “Hidayət Heydərovun əsas çəki dərəcəsi 73 kiloqram olaraq qalacaq”
-
13:18
Bakıda keçiriləcək dünya çempionatında 600-dən çox cüdoçunun iştirakı gözlənilir
-
12:34
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
-
12:09
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
-
11:46
AFFA rəsmisi UEFA-nın proqramına mentor seçilib
-
11:23
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
10:52
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
-
10:17
“İmişli”də ayrılıq
-
10:00
Argentina İngiltərəni məğlub etdi VİDEO
-
22:40
Qurban Qurbanov: "Heyətdə dəyişikliklər ola bilər"
-
22:07
Mingəçevirdə yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib
-
21:52
"Zirə" "Torpedo" ilə oyuna hazırdır
-
20:19
Rəşad Sadıqov: “Gedişatı dəyişmək üçün hər şey edəcəklər”
-
18:00
“Neftçi”nin mətbuat və azarkeşlər üçün açıq məşqi olacaq
-
16:25
Ehtiram Şahverdiyev paytaxt klubunda
-
15:38
Azər Məmmədov: “Bəzi mövqelərdə transferə ehtiyacımız var”
-
14:03
Boksçularımız Almaniyadan 6 medalla qayıdırlar
-
13:41
Azərbaycanın 2027-ci il üçün Milli Antidopinq Qaydaları layihəsi WADA ilə razılaşdırılıb
-
12:56
"Şamaxı"dan növbəti transfer
-
11:24
Toral oynadı, rəqibə penalti qazandırdı
-
10:32
Fransa İspaniyaya uduzdu VİDEO
-
10:17
"Onların xəbəri yoxdur ki, Azərbaycan çempionatının səviyyəsi çox yüksəlib"
-
10:00
"Sabah"ın qələbəsi VİDEO
-
21:38
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
17.07.2026
16.07.2026
15.07.2026
14.07.2026























