20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

"Hayduk"a vurduğum qolu çətin günlər keçirən həmvətənlərimə həsr edirəm"

“Zirə”nin futbolçusu İssa Cibrila Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la (Split) cavab görüşü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, oyunda (1:2) yeganə qolu vuran nigerli vinger bunu çətin günlər keçirən həmvətənlərinə həsr etdiyini yazıb:

"Konfrans Liqasında mövsümün sonu. Bu, Konfrans Liqası səyahətimizin sonu oldu. Biz mübarizə apardıq və çox çalışdıq, amma futbolun öz qaydaları var. Bəli, biz məyusuq. Lakin əldə etdiyimiz inkişafa görə fəxr edirik. Səhifəni digərinə çeviririk, bütün diqqətimizi yeni mövsümə yönəldirik. Vurduğum qolu çətin günlər keçirən bütün nigerli həmvətənlərimə həsr edirəm. Allahın gücü və lütfü sizinlə olsun. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Bu, sadəcə təxirə salınmadır!”

Xatırladaq ki, Bakıdakı görüşdə rəqibi ilə 1:1 heç-heçə edən "Zirə" səfərdəki cavab matçında 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30