Ölkə futbolu
Milli komandamızın həkimi: "Ermənilər üzərindəki qələbəni heç vaxt unutmayacağam"
Ucal İsmayılov. Bu ad futbol azarkeşlərinə elə də tanış deyil. Amma ölkəmizin futbol ictimaiyyətinin əksər üzvləri Ucal bəyi çox yaxşı tanıyır. O, 8 ildən çoxdur ki, Azərbaycan milli komandasının həkimi vəzifəsində çalışır. Əvvəllər əsas milli komandamızın baş həkimi kimi də fəaliyyət gösətərən İsmayılov hazırda 19 yaşadək futbolçulardan ibarət yığmamızda futbolçularının sağlamlığına cavabdehlik daşıyır. Ucal İsmayılov Futbolxeber.az saytına müsahibə verib.
- Nə vaxtdan futbol sahəsində çalışırsınız?
- Artıq 7 ildir ki, milidə çalışıram.
- Milliyə gəlişiniz necə alınıb?
- Əvvəlcə Həkimlərin Təkmillləşmə İnsititunda labarant kimi işləmişəm. Daha sonra ordu sıralarına yollandım, orada tibb xidmət rəisi, baş leytenant idim. Orduya getməmişdən qabaq güləş məktəbi var idi, "Pəhləvan" klubu, orada çalışırdım. İdman sahəsindəki ilk işim də elə ora olub. Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki iş yerimdə çalışırdım. Daha sonra AFFA-dan təklif gəldi və qəbul etdim. Əvvəlcə eyni vaxtda həm U-17, həm də U-19 millilərində çalışdım. Daha sonra U-21-də, Şahin Diniyevin vaxtında da əsas millidə işlədim. Ardınca yenidən U-19-a qayıtdım və xeyli müddətdir ki, burada çalışıram.
- Bu gün AFFA tərəfindən yaradılan şərait sizi qane edirmi?
- Son vaxtlar AFFA tərəfindən bizə geniş imkanlar yaradılıb. Əlimizin altında istədiyimiz hər şey var. Hər ay turnirə, ya da təlim-məşq toplanışına gedirik. Orada da istədiyimiz hər şey olur. Çünki getməmişdən qabaq AFFA vasitəsilə bizə nə lazımdırsa, hamısının siyahısını sifariş edirik. Bir sözlə, xaricdə olanda belə, hansısa futbolçu zədələnsə də, heç bir problemimiz olmur.
- Görürəm ki, otağınızda sertifikatlar da var. Bir qədər bu haqda da məlumat verərdiniz.
- 2009-da İstanbulda UEFA-nın Konqresi keçirilirdi və Azərbaycanı mən və Esmira xanım təmsil edirdik. Sertifikatlardan biri orada verilib. Keçən il UEFA tərəfindən Avstriyanın Vyana şəhərində kurslar keçirilirdi və AFFA tərəfindən məni məsləhət gördülər. Orada əvvəlcə kurslar oldu, daha sonra isə imtahan. Hər ölkəni 1 həkim təmsil edirdi. Kurslardan sonrakı imtahanda əla qiymətlər aldım. Eyni zamanda FİFA-nın Konqresində də iştirak etmişəm. Budapeştdə baş tutan mərasimdə feredasiya nümayəndələri və 1 həkim iştirak etməliydi ki, orada da ölkəmizi mən təmsil etdim. Qarşıda UEFA-nın kurslarının ikinci mərhələsi start götürəcək və həmin tədbirə də dəvət almışam. Budəfəki mərasim 21-23 sentyabr tarixlərində keçiriləcək.
- Azərbaycanlı futbolçular əksər hallarda əməliyyat üçün xarici ölkələrə üz tuturlar. Bunun səbəbi nədir? Məgər, bizdə həmin əməliyyatları həyata keçirmək üçün şərait yoxdur?
- Biz də idman səhiyyəsi bir qədər zəifdir. Əsas da reablitasiya, yəni ki əməliyyatdan sonrakı bərpa dövrü. Bizə hər zaman bu baxımdan UEFA-nın Həkimlər Komisiyasının üzvü, əslən Azərbaycandan olan Mehmet Binnət köməklik edir. Sağ olsun, hər zaman bizi özünə doğma insan kimi qəbul edir. Bir hadisəni danışacağam. 6 il bundan öncə Beraya qardaşlarından biri, səhv etmirəmsə İrakli idi. Onu düzgün əməliyyat etməmişdilər. Təsəvvür edin ki, əməliyyatdan sonra İraklinin durumu nəinki düzəlmişdi, o ümumiyyətlə gəzə bilmirdi. Həmin vaxt "Qarabağ" mənə müraicət etdi, mən də gördüm ki, həkim əməliyyatı düzgün etməyib. Futbol karyerası bir yana, o ümumiyyətlə yerimək qabiliyyətini də itirə bilərdi. Buna görə də İraklini göndərdik Mehmet bəyin yanına.
Bugünkü gündə Türkiyədən, Almaniyadan mütəxəssilər gəlir. İdman və Gənclər Nazirliyinin yanında da idman səhiyyəsi üçün böyük bir bina tikilir. Biz bu işlərə hələ təzə başlamışıq. Zamanla problemlər yoluna qoyulacaq.
Bunun da özəyi ondan irəli gəlir, Tibb İnstutunda sırf idmanla bağlı fakultə yoxdu. Bizdə müalicə işi var. Amma idman və ya futbol həkimi olmaq üçün bu kifayət etmir. Bəziləri düşünür ki, idman həkimi ya ortoped, ya da travmatoloq olmalıdır. Amma bu, düzgün yanaşma deyil. Futbolçu zədə alanda travmatoloq yalnız ilk yardım edir. Qalan işi xəstənxanada görürlər. Futbol həkimi həm dietoloq, həm kardioloq, həm reanimatoloq, həm travmatoloq, həm də psixoloq olmalıdır. Yəni bu sahələrin hamısını bilməlidir. Həkimin işi meydançadan kənarda başlayır. Futbolçunun adi yeməyi, içməyi, qəbul etdiyi vitaminlər və s. bütün bunlar çox geniş prosesdir. Ona görə də baş məqçilər həkimə böyük diqqər ayırırlar. Həkimin məsuliyyəti çox böyükdür.
- Bu gün əsas milli komandamızda, eləcə də bəzi klublarımızda əcnəbi həkimlər çalışır. Bəziləri bunu qəbul etmir və belə fikirlər də səslənir ki, "Azərbaycan həkim yoxdur ki, xaricdən gətirirlər?" Bu fikrə münasibətiniz necədir? Əcnəbi həkimlərlə sizin aranızda fərq çox böyükdür?
- Fərq çox deyil. Amma nəzərə almaq lazımdır ki, biz bu işə təzə başlamışıq. Bizim futbolumuz təzə-təzə inkişaf edir. Məsələn, milli komandamızın baş həkimi uzun illər Almaniya millisində çalışıb, 1996-cı ildə Berti Foqtsla bərabər Avropa çempionu, 20 il Almaniya Futbol Federasiyasının baş fizioterapevti olub. Biz tez-tez onlarla görüşürk və onlar da bizə məsləhətlərini veririlər. Amma kim ki deyirsə, Azərbaycanda həkim yoxdur, yanılır. Həkim var. Lakin bu məsələyə 1 prizmadan baxmaq olmaz. Əcnəbi məşqçinin öz komandası olur. Yəni o bilir ki, həkimi də budu, fizioterapveti də budu, masajçısı da budu. Kimsə özüylə birgə komanda gətirirsə, bu o demək deyil ki, bizdə həkim yoxdu.
- Elə olubmu ki, hansısa futbolçu zədədən və ya nədənsə şikayətlənib, meydana çıxmaq istəməyib, amma siz düşünmüsüz ki, yalan deyir. Bu cür hallarda futbolçunun yalan danışıb-danışmadığını necə müəyyənləşdirirsiz?
- Təcrübəmdə belə hal olub. Amma həmin oyunçu, gənc, yeniyetmə olub. Nə etdiyini heç özü də başa düşməyib və biz də onunla söhbət apararaq, məsələni yoluna qoymuşuq. Bundan heç məşqçinin də xəbəri olmayıb. Bunu biz rahat şəkildə müəyyənləşdirə bilərik. Tutaq ki, kimsə deyirsə ki, oynaya bilməz, onu müayinədən keçiririk, sorğu-sual edirik, necə olub, harada olub. Təzə gələndə bu cür hallarla kimsə məni yanıltmaq istərdi. Amma zaman keçdikcə bilirsən ki, kim necə nəfəs alır. Bu gün kənardan oyunu izləyəndə hansısa futbolçu yerə yıxılırsa, mən 90 faiz bilirəm ki, meydançaya daxil olmağıma ehtiyac var, ya yox?
- Futbolun içində olmaq heç də asan deyil, təzyiqlər çox olur. Bu sahəyə gəldiyiniz üçün peşman deyilsiniz ki?
- Hesab edirəm ki, futbolda işləyən insan bu idman növünü sevməlidir. Əgər kimsə futbolu sevmədən bu sahəyə gəlirsə, çətin ki uğur qazansın. Hesab edirəm ki, Azərbaycan futbolunda olan həkimlərin hamısı bu idman növünü çox sevirlər. Hər zaman qürur duyuram ki, xaricdə Azərbaycanı təmsil edirəm. Tez-tez futbolçularla bu haqda da danışırıq. Hər dəfə deyirik ki, siz hansısa klubu yox, millini təmsil edirsiniz. 9 milyonluq xalqın ümidi sizədir.
- Uzun müddətdir futboldasınız və yəqin ki, maraqlı hadisələrlə də tez-tez rastlaşırsınız. Başınıza gələn ən yaddaqalan, maraqlı hadisələrdən bir-ikisini xatırlaya bilərsiniz?
- U-19-la birgə Avropa çempionatının seçmə mərhələsində çıxış edirdik. Ermənilərlə qarşılaşacağdıq. Oyundan qabaq Fərid Həşimzadənin dizi ağrıyırdı. Mənə yaxınlşaraq, dedi ki, "həkim, nə edirsən-et, mən oynamalıyam". Təbii ki, biz də onu qarşılaşmaya kimi hazır etdik. Həmin oyunda ilk yarıdan sonra 0:1 hesabı ilə uduzurduq, fasilədə uşaqlar paltar dəyişmə otağına ağlayırdılar. Amma ikinci hissədə iki qol vurub, qələbə qazandıq. Özü də birinci qolu Fərid vurdu. O künc zərbəsindən sonra fərqləndi və qoldan sonra bütün komanda yoldaşları onun üzərinə gəlməyə hazırlaşırdılar ki, Həşimzadə əli ilə məni göstərdi. Qaçaraq üzərimə gəldi və sevincini bölüşdü. Həmin anda keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Qürur duyuram ki, ermənilər üzərində qələbədə az da olsa, mənim də əməyim oldu. Həmin oyunu heç vaxt unuda bilmərəm. İkinci qolu da Nizami Hacıyev vurmuşdu. Həmin seçmə mərhələdə başqa bir məzəli olay da yaşandı. Son oyunda yunan Kipri ilə qarşılaşırdıq, hesab 1:1 idi. Əgər biz həmin gün uduzsaydıq, növbəti mərhələyə ermənilər yüksələcəkdi. 1:1 hesabı bizi tam qane edirdi. Buna görə də uşaqlar sona yaxın hesabı qorumağa çalışırdılar. Oyunun sonları idi, hakim 4 dəqiqə artırdı. Birdən ikili mübarizə zamanı Tural Nərimanov zədə aldı. Mən də dərhal ona yardım etmək üçün meydana qaçırdım ki, birdən Turalın səsini eşitdim: "Həkim yavaş, həkim yavaş, vaxt aparırıq".
- Mətbuatla aranız necədir?
- Yaxşıdır. Çünki biz də futbol sahəsində çalışırıq və yazılanlar bizim üçün də maraq kəsb edir. Amma bəzən haqsız tənqidlərlə qarşılaşanda adam pis olur. Çoxları millimizin nəticələrini narazılıqla qarşılayır. Amma unutmaq lazım deyil ki, biz yenicə inkişaf etməyə başlamışıq. Gənclərimiz əsl futbolu indi görürlər. 10 il qabaq kiməsə desəydin ki, "Neftçi" Milanda "İnter"lə heç-heçə oynayacaq, adama gülərdilər. Lakin indi bu, reallıqdır. AFFA da futbolun inkişafı üçün çalışır. Biz də bu işin içindəyik. Kənardan hər şey asan görünür. Hamı futbola baxır, hamı danışır, hamı da elə bilir ki, futbolu çox gözəl anlayır. amma futbol göründüyündən də qat-qat qəlizdir. İnsan futbolun içində olanda bunu daha gözəl anlayır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Nuriyev Macarıstan klubunda
- “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
20:00
İbrahim Həsənov finalda uduzdu
-
18:44
U-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
17:51
"İnter" "Mançester Siti"yə qalib gəldi VİDEO
-
15:28
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
-
15:02
Rüfət İsrail klubuna qələbə qazandırdı
-
14:15
"Qəbələ"də braziliyalı qapıçı
-
12:39
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
11:46
"Real" "Fiorentina" matçında 4 qol VİDEO
-
10:53
"Neftçi SOCAR" Tokioda mübarizəni dayandırıb
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV
-
10:00
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
-
23:43
Cavid Hüseynov: “Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır”
-
22:37
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
-
22:08
“Səbail”in sabiq legioneri “Şamaxı”da
-
21:54
Füzuli Məmmədovun komandasından növbəti darmadağın
-
21:15
“Qəbələ” qələbəni əldən verdi
-
20:21
"Araz-Naxçıvan" "Şəfa"ya uduzdu
-
19:42
"Turan Tovuz" qələbə qazandı
-
18:39
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
-
18:00
Neymarın büstü qoyulub
-
17:16
Marko Yankoviç: “Kədərlənməyə vaxtımız yoxdur”
-
16:53
Üzgüçülük Federasiyasında yeniyetmə idmançılarla görüş keçirilib
-
16:27
PFL rəsmisi “APL Fantasy”dən danışdı
-
15:44
“Qarabağ”ın “Dinamo” ilə cavab oyununun da hakimləri açıqlandı
-
14:35
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
-
14:11
“Qarabağ”ın Kiyev “Dinamo”su ilə səfər matçının yeri və hakimləri bilindi
-
13:52
"Orhus" - "Sabah" oyununun hakimləri açıqlandı
-
13:29
Voleybol millimiz Yunanıstanla yoxlama oyununda qələbə qazanıb
-
12:46
Ayxan Hüseynov: “Turan Tovuz” həmişə ürəyimdədir”
-
12:33
"Vugar Gashimov Open 2026" beynəlxalq şahmat turnirinin qalibləri məlum olub
-
12:17
Polşalı ekspert Bakıda gənc boks məşqçiləri üçün təlim keçəcək
02.08.2026
01.08.2026
31.07.2026
























