28 Avqust 2026, Cümə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

Elmar Baxşıyev: “Superliqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu”

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən "Trabzonspor"la oyunu (3:2) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:

“Bu Türkiyədə sonuncu yoxlama oyunumuz idi. Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin. “Trabzonspor” haqda geniş danışmaq artıqdır. Superliqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək.

Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış oldugunu düşünürəm. Superliqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31