28 Avqust 2026, Cümə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

“Neftçi”nin yeni səfər forması - Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub

“Neftçi” 2025/26 mövsümünün səfər formasını təqdim edib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər forması bu ilin payızında qeyd edəcəyimiz şanlı Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş oyun dəstidir. “Kappa” tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edilib və hazırlanıb.

Hərbi geyimlərin əsasını təşkil edilən kamuflyaj naxışları, “Neftçi” loqosunun xüsusi qızılı rənglə işlənməsi, arxa boyun hissəsindəki “Zəfər bizimdir!” şüarı ilə bu forma sadəcə oyun dəsti olmaqla kifayətlənmir – o, xalqımızın böyüklüyünün və qürurunun əyani ifadəsidir. Azərbaycanın zəfər ruhunu yaşadan bu forma milli birliyin və əzmin rəmzi kimi meydanlarda öz yerini tapacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31