20 May 2026, Çərşənbə
“Qarabağ”ın çəkisi çox ağırdır”
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da

Ölkə futbolu

"Araz-Naxçıvan" "Trabzonspor"a qalib gəldi

Ərzurumda təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama matçına çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Elmar Baxşıyevin komandası "Trabzonspor"la qarşılaşıb. Naxçıvan klubu rəqibini 3:2 hesabı ilə məğlub edib.

Hesabı Çarles Boli açıb. Fasiləyə qədər rəqib bərabərliyi bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran komanda Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub. 

Təmsilçimiz bunadək "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib, "Alanyaspor"la 0:0 hesablı heç-heçə edib və "Konyaspor"da uduzub - 1:2.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31