19 Iyul 2026, Bazar günü
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
Millimiz üçün yeni rəqib tapıldı
"Qarabağ" səfərdə də qalib gəldi
"Zirə" növbəti mərhələyə yüksəldi

Ölkə futbolu

“Neftçi”nin yeni transferi artıq Bakıdadır - EKSKLÜZİV

O, TİBBİ MÜAYİNƏDƏN UĞURLA KEÇDİ

"Neftçi” yeni mövsüm üçün ilk transferini reallaşdırmağa yaxındır.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın heyətinə qatmaq istədiyi Sessi d'Almeyda artıq Bakıdadır.

29 yaşlı futbolçu artıq tibbi müayinədən də uğurla keçib. Onun qarşıdakı saatlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, tam adı Sessi Oktave Emile d'Almeida olan yarımmüdafiəçi Bordoda dünyaya gəlib. Futbolda ilk addımlarını da şəhərin eyni adlı komandasında atıb. “Bordo”nun əsas heyətində 3 matça çıxan d'Almeyda 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib.

Daha sonra “Barnsli”, “Blekpul”, “Yeovil” (hamısı İngiltərə), “Valensienn” (Fransa), “Tondela” (Portuqaliya), “Pau FC” (Fransa) kimi komandalarda çıxış edib. 29 yaşlı futbolçunun son klubu “Apollon Limassol” olub.

Həm Fransa, həm də Benin pasportuna malik olan futbolçu 2015-ci ildən Afrika təmsilçisinin yığmasında çıxış edir. O, Benin millisində 34 matçda 1 qol vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31