6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar məlum oldu

2025/26 mövsümündə Azərbaycanın UEFA-nın klub yarışlarındakı bütün iştirakçıları müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ” ölkə çempionu qismində Çempionlar Liqasında, “Sabah” kubokun qalibi kimi Avropa Liqasında, 2 və 3-cü yerləri tutan “Zirə” və “Araz Naxçıvan” isə Konfrans Liqasında yarışacaq.

“Qarabağ” Çempionlar Liqasına 2-ci, “Sabah” Avropa Liqasına 1-ci, “Zirə” və “Araz Naxçıvan” isə Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq.

“Qarabağ”, “Zirə” və “Araz Naxçıvan”ın ilk rəqibləri iyunun 18-i, “Sabah”ın rəqibi isə iyunun 17-də keçiriləcək püşkatmada məlum olacaq.

“Sabah” mübarizəyə ən tez qoşulan klubumuz olacaq. Avroliqada 1-ci mərhələnin ilk və cavab matçları 10 iyul və 17 iyulda olacaq.

“Qarabağ”ın 2-ci mərhələdə ilk matçı 22 və ya 23 iyul, cavab oyunu 29 və ya 30 iyulda keçiriləcək.

“Zirə” və “Araz Naxçıvan”ın ilk oyunu 24 iyul, cavab görüşləri 31 iyulda təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31